Rəcəbin 15-i (hicri 62-ci il) Həzrəti Zeynəbin vəfatı günüdür.
Rəcəbin 19-u (hicri 9-cu il) Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etdirmişdir.
Rəcəbin 20-si (hicri 13-cü il) müsəlmanlarla Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.