Bu səhifənin Məscidül-Əqsa olaraq adlandırılması təklif edilir. Səhifənin adının dəyişdirilməsi ilə bağlı müzakirədə iştirak edərək fikirlərinizi bölüşə bilərsiniz. Lütfən, müzakirə bitənə qədər səhifədən şablonu çıxarmayın. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Məscidül-Əqsa yaxud Beytul-Müqəddəs (ərəb. المسجد الأقصى; azərb. ən uzaqdakı məscid) — Qüdsün qədim hissəsinin 1/5-ni təşkil edən 142.000 m²-lik ərazinin Qurandakı adı,[1] müsəlmanlar üçün ən müqəddəs üç yerdən biri.[2]
İslam | |
Əl-Əqsa məscidi | |
---|---|
ərəb. المسجد الأقصى | |
![]() | |
![]() | |
Ölkə | |
Üslubu | İslam memarlığı |
![]() |
Əsl adı arami dilində "Beth makdeşa", ivritcə "Beth ha-Mikdaş" və ərəbcə "Beytül-Məqdis" olub "müqəddəs ev" mənasını verir; ilk inşasından bəri daşıdığı bu ad sonralar bütün şəhəri əhatə etməyə başlamışdır. Şəhər üçün müsəlmanların qəbul etdiyi "Qüds" adı da eyni kökdən gəlir və əslində şəhəri deyil, məbədi ifadə edir. Mənhəci, bu məbədin on yeddi adı olduğunu bildirir.[3]
İslam alimləri, Qurani-Kərimdə "əl-Məscidül-Əqsa" adı ilə xatırlanan və ətrafının mübarək olduğu bildirilən yerin[4] Beytül-Məqdis olduğunda həmfikirdirlər. Ərəbcə "əqsa" "uzaq" mənasını verir və bu ad məbədin Məkkədən uzaqda yerləşməsi səbəbilə verilmişdir.[2]
Burada ilk məbədi Suleyman peyğəmbərin tikdiyi inancı vardır. Bu məbəddə çoxlu qiymətli əsərlər olduğundan Suleyman peyğəmbərdən sonra işğal və dağıntılara məruz qalmışdır. Şəhərə hücum edən Babil kralı II Navuxodonosor, məbədi dağıltmış, qarət etmiş və əhalini sürgün etmişdir. Əhəmənilər dövründə geri qayıtmağı bacaran Zerubbabel və yoldaşları məbədi yenidən inşa edirlər. Daha sonra Daha sonra Qüds bir neçə dəfə daha işğala məruz qalmış və bu işğallardan biri, Selevki hökmdarı IV Antioxun hücumu zamanı (e.ə. 168) məbəddə yunan tanrılarının heykəllərinin yerləşdirilməsi ilə nəticələnmişdir. Bu hadisə Makkabi üsyanlarının başlanmasına səbəb olmuşdur. Dörd il sonra işğalçıları qovan Makkabilər, məbədi onlardan təmizləmişlər. Lakin eramızdan əvvəl 63-cü ildə Pompeyin, daha sonra isə Mark Krass əmri altındakı Roma ordusu tərəfindən işğal və talana məruz qalmışdır. Qısa müddət Parfların hakimiyyətinə keçən Qüds, eramızdan əvvəl 37-ci ildə romalıların yəhudi kralı elan etdikləri I Herod (Böyük Herod) tərəfindən romalıların dəstəyi ilə yenidən ələ keçirilmiş və məbəd genişləndirilərək yenidən inşa edilmişdir. Bu tikinti işlərinin İsanın və Zəkəriyyanın yaşadığı dövrdə də davam etdiyi güman edilir. Eramızın 70-ci ildə Titin başçılıq etdiyi Roma ordusunun işğalı zamanı demək olar ki, tamamilə yandırılan Qüds ilə birlikdə məbəd də dağıdılmış, imperator Hadrian dövründə (117–138) şəhər yenidən qurularkən Beytül-Müqəddəsin yerində Yupiter Kapitolin Məbədi inşa edilmişdir. I Konstantinin xristianlığı qəbul etməsindən sonra bu məbədin dağıdıldığı güman olunur.
İslamın gəlişindən sonra şəhər xəlifə Ömərin dövründə müsəlmanların əlinə keçir. Xəlifə Ömər şəxsən bu ərazinin daş və xarabalıqlardan təmizlənməsində iştirak edərək burada bir namazgah tikdirir. Əməvilər dövründə bu əraziyə bir sıra məscidlər inşa olunmuşdur. Qüdsün Səlibçilər tərəfindən işğalı zamanı buradakı məscidlər qarət olunmuş, kilsə (Qiblə məscidi və Qübbətüs-Səxrə) və tövləyə (Mərvan məscidi) çevrilmişdir. Əyyubilər dövründə şəhər səlibçilərdən azad olunmuş və bu ərazidə təmir-tikinti və bərpa işləri görülmüşdür. Məğriblilər məscidi də bu periodda inşa edilmişdir.
Daha sonralar bu ərazidəki tikililərə Abbasilər, Osmanlılar tərəfindən dəfələrlə təmir-tikinti və bərpa işləri həyata keçirilmişdir. Bu ərazidə həmçinin Səlcuqlular və Zəngilər də təmir-bərpa işləri həyata keçirmişlər.
1969-cu il avqustun 21-də fanatik bir yəhudi tərəfindən Qiblə məscidində yanğın törədilmiş, məsciddə Nurəddin Mahmud Zənginin inşa etdirdiyi tarixi taxta minbər də yanmışdır. Yanğından xilas edilmiş minbərin bir neçə taxtası İslam Muzeyində nümayiş edilir. Tikili sonrakı illərdə orijinalına uyğun şəkildə bərpa edilsə də, yəhudilərlə ərəblər arasında hələ də davam edən qarşıdurmalar səbəbilə zaman-zaman yenidən hücumlara və dağıntılara məruz qalır.[2]
Bura İslamdan əvvəldə müqəddəs yer olub. Belə ki yəhudi inancına görə məbəd dünya yaradılmamışdan əvvəl mövcud idi və göydə yerləşirdi. Rəbb, dünyanı onun kölgəsinin düşdüyü yerdən yaratmağa başlamış və bu nöqtədə Adəmi yaratmışdır. Bir hədisə görə isə bu yer Məscidül-Həramdan sonra insanların Allaha ibadət etmək məqsədilə inşa olunmuş ikinci ən qədim ibadətxanadır. Günümüzdə Kəbənin ətrafı ilə birlikdə "Məscidül-Həram" adlandırıldığı kimi, Məscidi-Əqsanın da ətrafı ilə birlikdə "Hərəmi-Şərif" olaraq tanınır. Bu ad, qədim Qüdsdə yerləşən, şimaldan 321 m, cənubdan 283 m, şərqdən 474 m, qərbdən isə 490 m uzunluqda divarlarla əhatələnmiş və bəzi yerlərində 30–40 metrlik hündürlüyə çatan, içərisində bir sıra tikililərin yerləşdiyi müqəddəs ərazini ifadə edir.[2]
Bu ərazidə Əməvilər dövründə üç, Əyyubilər dövründə isə bir məscid olmaqla, cəmi dörd məscid inşa edilmişdir. Onlar bunlardır: