Rafiz Rza oğlu İsmayılov (30 mart 1939, Bakı – 30 aprel 2025[1]) — Azərbaycan kino rəssamı,[2] rejissor, ssenari müəllifi, rəssam assistenti, dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000).
Rafiz İsmayılov | |
---|---|
![]() | |
Doğum tarixi | 30 mart 1939(1939-03-30) |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 2025(2025-04-30)[1] (86 yaşında) |
Fəaliyyəti | rəssam, kinorejissor, ssenarist, kinematoqraf[d] |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
![]() |
30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966–1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.[3] 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur. R. İsmayılov bir neçə kitabin da tərtibatçı — rəssamıdır.
30 aprel 2025-ci ildə vəfat edib.