Roald Zinnuroviç Saqdeyev (rus. Роа́льд Зинну́рович Сагде́ев, tatar. Роальд Зиннур улы Сәгъдиев/Roald Zinnur uğlı Səğdiev; 26 dekabr 1932[1], Moskva[1]) — sovet və ABŞ fiziki. Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (SSRİ EA-nın üzvü, 1968-dən). 1973–1988-ci illərdə Rusiya EA-nın Kosmik tədqiqatlar institutunun direktoru. SSRİ Ali Sovetinin deputatı (1987–1989), SSRİ xalq deputatı (1989–1991). Sosialist Əməyi Qəhrəmanı (1986).
Roald Saqdeyev | |
---|---|
tatar. Роальд Зиннур улы Сәгъдиев | |
![]() | |
Doğum tarixi | 26 dekabr 1932(1932-12-26)[1] (92 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | |
Elmi adları |
|
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Lev Landau |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Tatar ailəsində dünyaya gəlib[5]. 4 yaşı olarkən ailəsi ilə Kazana köçür. Burada o, 19 nömrəli orta məktəbi gümüş medalla bitirmiş[6], ardınca 1950-ci ildə Moskva Dövlət Universitetinə qəbul olunaraq oranın Fizika fakültəsini bitirmişdir.[7][8]. Burada ona dərs deyən Lev Landau özünün laboratoriya müdiri olduğu Elmlər Akademiyasının Fizika İnstitutunda Saqdeyevi işə götürmək istəsə də, universiteti bitirdikdən sonra onun təyinatını Çelyabinskə verirlər, lakin Landau və Sergey Kapitsanın sayəsində İqor Kurçatov Saqdeyevi Atom Enerjisi İnstitutuna işə götürür. Saqdeyev, həmçinin Nüvə Fizikası İnstitutunun Sibir bölməsində işləyirdi. Elmlər Akademiyasının Fizika İnstitutunda dissertasiya müdafiə etmişdir[8]. 36 yaşında SSRİ EA-nın akademiki seçilmişdir. Dissidentlərə qarşı proseslərdə vətəndaş azadlıqlarının pozulmasına dair Sovet rəhbərliyinə ünvanlanan məktubları imzaladığına görə təzyiqlərə məruz qalmışdır.[8]
2022-ci ilin fevralında rusiyalı alim və elmi jurnalistlərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyən və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına səsləyən açıq məktubunu imzalayanlardan biri olmuşdur.[12][13].