. Love.az

Roman Yusifov - Wikipedia - Love.az

Ana Səhifə - Roman Yusifov

Roman Yusifov (28 iyul 1973, Dəvəçi rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Roman Yusifov
Roman Yasəf oğlu Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyul 1973
Doğum yeri Şabran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 mart 1995 (21 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Qələgah, Şabran rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1992–1995
Rütbəsi
Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi
Mart hadisələri
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar

Həyatı

redaktə

28 iyul 1973-cü il Şabran rayonunda anadan olmuşdur. 1980–1990-cı illərdə buradakı 2 saylı orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Milli Orduya çağırılır. Roman bir müddət Naxçıvan şəhərində təlim keçir, daha sonra onu Sədərək rayonuna göndərirlər. Erməni işğalçıları ata–baba torpağımız olan bu ərazilərə də hücumlar edirdilər.

Döyüşlərdə iştirakı

redaktə

Roman bir neçə dəfə döyüşlərə atılmışdı. 1992-ci il oktyabr ayında o, yaralanır. Müalicə olunduqdan sonra isə "N" saylı hərbi hissədə xidmətini davam etdirirdi. 13–17 martda baş vermiş Mart hadisələri ndə xeyli günahsız insanlar həlak oldu. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda Roman da iştirak edirdi. Qəlbi daima Vətən eşqi ilə döyünən gənc Romanın arzuları ürəyində qaldı. O, dövlətçiliyimiz uğrunda ömrünün ən gözəl bir zamanında, 21 yaşında əbədiyyətə qovuşdu.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Yusifov Roman Yasəf oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Şabran rayonunun Qalagah kəndində dəfn edilib.

Oxuduğu 2 saylı orta məktəb onun adını daşıyır.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 278.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Roman_Yusifov&oldid=7910107"
LOVE.AZ