. Love.az

Suxur - Wikipedia - Love.az

Ana Səhifə - Suxur
"Qaya" bura istiqamətləndirir. Digər istifadə formaları üçün baxın: Qaya (dəqiqləşdirmə).

Süxur — Yer qabığını əmələ gətirən təbii mineral birləşmələr. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür.[1]

Mündəricat

  • 1 Torpaqəmələgətirən süxurlar
  • 2 Maqmatik süxurlar
  • 3 Sedimental süxurlar
  • 4 Metamorfik süxurlar
  • 5 Çökmə süxurlar
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Torpaqəmələgətirən süxurlar

redaktə
Əsas məqalə: Torpaqəmələgətirən süxurlar

Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır.

Maqmatik süxurlar

redaktə
Əsas məqalə: Maqmatik süxurlar

Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür:

  1. Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar
  2. İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir.

Sedimental süxurlar

redaktə

Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.)

Sedimental süxurların növləri:

  • Mexaniki Sedimentar süxurlar
  • Kimyəvi Sedimentar süxurlar
  • Üzvi Sedimentar süxurlar

Metamorfik süxurlar

redaktə
Əsas məqalə: Metamorfik süxurlar

Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır. Yüksək temperatur və təzyiq nəticəsində çöküntü süxurlar sıxılmış, bir hissəsi ərimiş və sementləşmişdir. Çöküntü süxurların belə dəyişmə prosesi birlikdə metomorfizm adlanır. (Məsələn:Mərmər, Amfibolit, Kvarsit, Hornfels, Miqmatit, Şist, Qneys, Sleyt və s.)

Çökmə süxurlar

redaktə
Əsas məqalə: Çökmə süxurlar

Çöküntü süxurlar — ilkin süxurların parçalanmasından, parçalanan süxurların külək, su və ya buz vasitəsilə aparılaraq yer səthində və ya su hövzələrində çökməsindən yaranır.

Qum, çınqıl, gil — çökmə süxurlardır. Onlardan tikintidə geniş istifadə olunur.

Torf, daş kömür, əhəngdaşı, təbaşir kimi çökmə süxurlar bitki və heyvan qalıqlarından yaranmışdır.

İstinadlar

redaktə
  1. ↑ O. Osmanov, B. Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı — 1979

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Süxur&oldid=8071669"
LOVE.AZ