. Love.az

Effuziya - Wikipedia - Love.az

Ana Səhifə - Effuziya

Effuziya — püskürmə ilə əlaqədar olaraq vulkanın yer səthindən çıxmasına deyilir.

1984-cü ildə Mauno Loa ərazisində püskürmüş vulkanın meydana çıxması

Mündəricat

  • 1 Effuziyanın növləri
  • 2 Effuziv kompleks
  • 3 İstinadlar
  • 4 Mənbə
  • 5 Xarici keçidlər

Effuziyanın növləri

redaktə

Effuziyanın 3 növü mövcuddur: lateral, subterminal və terminal. Səthə yayılan lava effuziv süxurlar və örtük əmələ gətirir.[1]

Effuziv kompleks

redaktə

Effuziv kompleks hər hansı bir regionda müəy­yən vaxt kəsimində vulka­nizm nəticəsində əmələ gələn effuziv və piroklastik əmələ­gəl­mələrin məcmusudur. Effuziv kompleksdə böyük fasi­lələr olmur və maqmatik ocaq fəaliyyəti məh­sullarının maddi tərkibinin qanunauyğun inki­şafı müşahidə edilmir. Effuziv kompleks tərkibinə, başlıca olaraq, örtüklər şəkilində yatan effuziv və piroklastik süxurlar və yerüstü vulkan apparatları və kök sistemləri, onlarla əlaqədar olan hidrotermal fəaliyyət və mineral­­laşma daxildir. Hal-hazırda bir çox geoloqlar həmçinin boğaz və subvulkanik fatsiyalarını da effuziv kompleksə aid edirlər.

İstinadlar

redaktə
  1. ↑ Effuziyanın növləri Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine

Mənbə

redaktə
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Effuziya&oldid=7109055"
LOVE.AZ