. Love.az

Sirri Sureyya Onder - Wikipedia - Love.az

Ana Səhifə - Sirri Sureyya Onder

Sırrı Sürəyya Öndər (7 iyul 1962, Adıyaman – 3 may 2025[1]) — rejissor, ssenarist, prodüser, sənətçi, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı.[4]

Sırrı Sürəyya Öndər
türk. Sırrı Süreyya Önder
Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023 — İstanbul
28 iyun 2011 – 16 may 2018
Seçki dairəsi2011 — İstanbul
iyun, 2015 — Ankara
noyabr, 2015 — Ankara
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyul 1962(1962-07-07)
Doğum yeri
  • Adıyaman, Adıyaman ili, Türkiyə
Vəfat tarixi 3 may 2025(2025-05-03)[1] (62 yaşında)
Vəfat səbəbi bir neçə orqan çatışmazlığı sindromu[2]
Dəfn yeri
  • Zəncirliquyu qəbiristanlığı[3]
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
  • HDP (2014–2023),
  • BDP (2011–2014),
  • DEM Partiya (2023–2025)
Təhsili
  • Ankara Universiteti Siyasi Elmlər bölməsi (–1981)
Fəaliyyəti siyasətçi, kinorejissor, ssenarist, felyetonçu[d], kino aktyoru
Uşağı 1[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Sırrı Sürəyya Öndər 7 iyul 1962-ci ildə Adıyaman ilində anadan olub.[4]

2007-ci ildə 18-ci Ankara Beynəlxalq Film Festivalında Milli bədii film nominasiyasında "Ən yaxşı ssenari" öldülünə, həmin ildə 14-cü Qızıl Koza Film Festivalında Milli film nominasiyasında "Ən yaxşı ssenari" ödülünə, 2009-cu ildə isə 7-ci Beynəlxalq Karaçi Film Festivalında "Ən yaxşı rejissor" öldülünə layiq görülüb.

28 fevral 2015-ci ildə Dolmabağça Memorandumuna səbəb olan Abdullah Öcalan ilə Əhməd Davudoğlu iqtidarı arasında dialoqa yardım edən HDP siyasətçilərindən ibarət nümayəndə heyətində yer alıb.

2013-cü ildə Novruz bayramı ilə bağlı tədbirdə çıxışına görə 3 noyabr 2018-ci ildə 42 ay həbs cəzası verilib və 2018-ci il noyabrın 6-da Kocaeli həbsxanasına aparılıb. 4 noyabr 2019-cu ildə Konstitusiya Məhkəməsinin bir gün əvvəl ifadə azadlığının pozulduğuna dair qərar çıxardıqdan sonra azadlığa buraxılıb.

1 uşaq atasıdır.[4]

2011-ci ildə İstanbul ilindən, iyun 2015 və noyabr 2015-ci ildə Ankara ilindən, 2023-cü ildə isə İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı seçilib.

3 may 2025-ci ildə vəfat edib.[5]

Filmoqrafiya

redaktə
  • (2005-2008) "Emret Komutanım" serialı (ssenari müəllifi)
  • (2006) "Kalpsiz Adam" serialı (ssenari məsləhətçisi)
  • (2006) "Beynelmilel" filmi (rejissor, ssenari müəllifi, musiqi, sənətçi)
  • (2006) "Sis ve Gece" filmi (sənətçi)

İstinadlar

redaktə
  1. ↑ 1 2 Sırrı Süreyya Önder için siyasetçilerden taziye mesajları. BBC Online, 2025.
  2. ↑ 1 2 TBMM Başkanvekili Sırrı Süreyya Önder hayatını kaybetti. Anadolu agentliyi, 2025.
  3. ↑ Sırrı Süreyya Önder için düzenlenen cenaze törenine binlerce kişi katıldı. BBC Online.
  4. ↑ 1 2 3 TBMM. "Sırrı Süreyya ÖNDER". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
  5. ↑ "Türkiyə parlamentinin sədr müavini vəfat edib". Oxu.az (az.). İstifadə tarixi: 2025-05-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sırrı_Sürəyya_Öndər&oldid=8122573"
LOVE.AZ