. Love.az

Ehmed Davudoglu - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Davudoglu

Əhməd Davudoğlu (türkcə: Ahmet Davutoğlu, 26 fevral 1959[1][2][…], Daşkənd, Konya ili) — Tanınmış Türkiyə siyasi alimi, akademik və səfir. Sabiq xarici işlər naziri, köhnə Baş nazir Vəkili, Türkiyə Respublikasının Sabiq baş naziri.

Əhməd Davudoğlu
türk. Ahmet Davutoğlu
Türkiyə Böyük Millət Məclisinin üzvü
Vəzifədədir
17 noyabr 2015-ci ildən
Türkiyənin Baş naziri
29 avqust 2014 – 24 may 2016
ƏvvəlkiRəcəb Tayyib Ərdoğan
SonrakıBinəli Yıldırım
Türkiyənin xarici işlər naziri
2 may 2009 – 29 avqust 2014
ƏvvəlkiƏli Babacan
SonrakıMövlud Çavuşoğlu
Şəxsi məlumatlar
Doğum tarixi 26 fevral 1959(1959-02-26)[1][2][…] (66 yaş)
Doğum yeri
  • Daşkənd, Konya ili, Türkiyə
Partiya
  • Ədalət və İnkişaf Partiyası (2002–2019)[3][4],
  • GƏLƏCƏK[d] (2019–)
Təhsili
  • Boğaziçi Universiteti,
  • İstanbul liseyi[d]
Fəaliyyəti diplomat, siyasətçi, politoloq, pedaqoq, yazıçı, professor, iqtisadçı
Uşağı 5
Dini Əhlis-Sünnə
Elmi fəaliyyəti
Elm sahəsi beynəlxalq münasibətlər[5], xarici siyasət[5]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Şəxsi həyatı
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Boğaziçi Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Siyasət Elmi və İqtisadiyyat fakültələrindən məzunu olmusdur. Boğaziçi Universiteti Kamu Yönetimi bölməsində yüksək lisenziya, Siyasət Elmi və Beynəlxalq Əlaqələr fakültəsində də doktorluq dissertasiyasını müdafiə etmişdir. Malayziya Beynəlxalq Islam Universitetində işə başlamışdür və universitetin siyasət elmi bölməsini qurmuş və başçılıq etmişdir. Dosentlik diplomunu almış və Mərmərə Universiteti Beynəlxalq Əlaqələr fakültəsində müəllim olmuşdur. Silahlı qüvvələr və Hərbi akademiyada dərs demişdir. Baş nazirin Baş müşaviri və səfir vəzifəsinə təyin edilmişdir.

Professor olaraq Beykent Universitetində Beynəlxalq Əlaqələr Bölümü Başçılığı ilə bərabər eyni zamanda Marmara Universitetində dərs demişdir. Xarici siyasət mövzusunda çox sayda əsəri var. 60-cı Hökumətdə Xarici İşlər Naziri olmuşdur. 61-ci Hökumətdə yenidən eyni vəzifəyə təyin olunmuşdur.

Şəxsi həyatı

redaktə

Əhməd Davudoğlu, 1984-cü ildən bəri Sare Davudoğlu ilə evlidir. Səfurə, Məmnunə, Mehmet, Həcər Bükə adlarında 4 uşağı vardır. 12 iyun 2011-ci ildə edilən ümumi seçkilər nəticəsində Konya 24-cü Dairəsindən AKP-dən Millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilmişdir. İngilis, Ərəb və Alman dillərini bilən Davudoğlu, eyni zamanda bir çox akademik əsəri olan bir alimdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Ahmet Davutoğlu // Brockhauz Ensiklopediyası (alm.).
  2. ↑ 1 2 Ahmet Davutoglu // Munzinger Personen (alm.).
  3. ↑ https://tr.euronews.com/2019/09/13/ahmet-davutoglu-ak-partiden-istifa-etti.
  4. ↑ https://www.workwithdata.com/person/ahmet-davutoglu-1959.
  5. ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.

Xarici keçidlər

redaktə
  Vikianbarda Əhməd Davudoğlu ilə əlaqəli mediafayllar var.
  • Türkiyə Respublikası baş nazirliyi rəsmi internet saytı Arxivləşdirilib 2018-07-11 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_Davudoğlu&oldid=8123775"
LOVE.AZ