. Love.az

Sadiq Tebatebai Vekili - Wikipedia - Love.az

Ana Səhifə - Sadiq Tebatebai Vekili
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Sadıq Təbatəbai Vəkili İclaülmülk (1862, Təbriz) — Məşrutə inqilabı dövründə Cənubi Azərbaycanın valisi.

Sadıq Təbatəbai-Vəkili
Şəxsi məlumatlar
Doğum tarixi 1862
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Atası Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

O, Rəfi ağa Nizamülüləma Təbrizinin oğlu, Mirzə Əsədulla xan Naziməddövlənin qardaşı oğludur. Əmisi Fars əyalətinin valisi olarkən onun yanında naib vəzifəsində çalışmışdı. Qardaşı Salar Ərfə İranın tanınmış simalarından idi.

Fəaliyyəti

redaktə

Təbrizin müdafiəsi günlərində Səttar xan və əncümən tərəfindən 1 sentyabr 1908-ci ildə Cənubi Azərbaycanın valisinin müavini təyin edilmiş və vali vəzifəsini icra edən İclaülmülk öz vəzifəsində qalmaqla fəaliyyətini davam etdirirdi. Çox keçmədi ki, inqilabçıların tələbi ilə Müxbirüssəltənə yenidən Cənubi Azərbaycanın valisi təyin edildi.

Müxbirüssəltənə Cənubi Azərbaycanda, xüsusən Təbrizdə genişlənən azadlıq hərəkatını yatırmaq üçün gördüyü tədbirlərdən biri də inqilabi hərəkatda və əyalətin idarə edilməsində mühüm rol oynayan İclaülmülkü "Təbrizin və əyalətin idarə işlərindən uzaqlaşdırmaq üçün" Urmiyaya vali təyin etməsi oldu. 1910-cu ildə İclaülmülk Urmiyaya göndərildi.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, № 10, səh.52–64.

Həmçinin bax

redaktə
  • Mahmud xan Əlaülmülk
  • Fəzlulla xan Dəbirəssəltənə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sadıq_Təbatəbai-Vəkili&oldid=8081855"
LOVE.AZ