Sarı gəlin — müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən bəhs edən film.
Sarı gəlin | |
---|---|
Fayl:Sarı gəlin (film, 1998).jpg | |
Janr |
dram macəra müharibə |
Rejissor | Yavər Rzayev |
Ssenari müəllifi | Yavər Rzayev |
Baş rollarda |
Hacı İsmayılov — Qədir Cahangir Novruzov — Artavas Münəvvər Əliyeva — Sarı gəlin Ramiz Novruzov — Rasim Fərman Abdullayev — Samvel |
Operator | Rövşən Quliyev |
Bəstəkar | Səyavuş Kərimi |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1998 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 84 dəqiqə |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1998 |
Texniki məlumatlar |
9 hissə 2383 metr 35 mm |
Rəng | Rəngli |
IMDb | ID21956208 |
Filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir. Çox ürəyiyumşaq, sadəlövh Qədir (Hacı İsmayılov) öz təkidi ilə müharibəyə yollanır. Xidmət etdiyi hərbi hissəyə erməni əsirləri gətirilir. Bu hərbi hissənin komandiri Rasim (Ramiz Novruzov) isə müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Məhz Rasimin əmrilə Qədir erməni əsiri Artavası (Cahangir Novruzov) öldürməlidir. Ömründə toyuq başı da üzməmiş Qədir isə çıxılmaz vəziyyətə düşür...
Film müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən danışır.
"Sarı gəlin" rəmzi addır. Bizim xalq mahnımız "Sarı gəlin" ermənilər arasında da geniş yayılmışdır. Bu mahnı ilə müəlliflər demək istəmişlər ki, əsrlərlə qonşu olmuş iki millət daim düşmən qalaraq yaşaya bilməz. Çünki müharibə uzandıqca "Sarı gəlin"lər hələ çox göz yaşı tökəcək.
Filmdə Azərbaycan xalq musiqisi "Sarı gəlin"dən istifadə edilmişdir.
Filmin çəkilişlərinə Daşkəsən rayonu Bayan kəndi sakinləri və Şamaxı rayonu sakinləri köməklik göstərmişlər.