Sara Qudric - (5 fevral 1788 - 28 dekabr 1853 ) Amerikalı portretrəssamı.[5]
Sara Qudric | |
---|---|
ing. Sarah Goodridge | |
![]() | |
Doğum tarixi | 5 fevral 1788(1788-02-05)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 28 dekabr 1853(1853-12-28)[2][3][…] (65 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, incəsənət xadimi |
Janr | portret |
![]() |
Qudric, Massaçusets ştatının Templeton şəhərində anadan olub.[6] Rəsm çəkməyə kiçik yaşlarından başlayıb. Qudricin yaşadığı dövrdə qadınların təhsil imkanları az idi, buna görə də o, əsasən öz üzərində işləyərək özünü inkişaf etdirirdi. [7] O, bir neçə ay Miltonda qardaşı Vilyam M. Qudriçlə qalıb və orada internat məktəbində oxuyub. Bostonda bir neçə rəsm dərsi də alıb.[8] Bostonda onun işi ilə maraqlanan Gilbert Stuart ilə də tanış olub. Gilbert , onun işinə nəzər yetirib, ona texnika ilə bağlı nüanslar öyrətdi.
1820-ci ildə o, bacısı Eliza ilə Bostonda yaşamağa getdi.[9][10] Burada o, dərslər almağa və miniatür portretlər çəkməyə başladı. O, bu illər ərzində özünü və ailəsini dolandırmaq üçün komissiyalardan kifayət qədər pul qazanıb. O, zamanla, fil sümüyü üzərində çəkilmiş miniatürlər üzrə ixtisaslaşdı.[11] Hartford miniatürçüsündən və Elkanah Tisdaledən dərs aldı.[12] Onun rəsmləri Boston və Vaşinqtonda sərgiləndi. 1851-ci ildə görmə qabiliyyəti zəiflədikdən sonra o, rəssamlıqdan təqaüdə çıxdı və Massaçusets ştatının Reading şəhərində məskunlaşdı.[13]
Qudric çəkdiyi Daniel Vebster (siyasətçi) və Gilbert Stuartın (həmkarı) portretləri ilə məşhurlaşdı.[14] Miniatür yalnız 2 5/8 x 3 1/8 düym olan fil sümüyü üzərində çəkilmişdir.[15]