Robert Feke-(1705 −1752) Amerikalı portret rəssamı. İncəsənət tarixçisi Richard Saundersin fikrincə, Fekenin müstəmləkə rəssamlığının inkişafına əhəmiyyətli təsiri olmuşdur. Ümumilikdə, Fekenin 60-a yaxın rəsm əsəri günümüzə qədər gəlib çatmışdır, onlardan on ikisinin çəkildiyi tarix və üzərində Fakenin imzası var.[4]
Robert Feke | |
---|---|
![]() | |
Doğum tarixi | 1705[1][2] |
Vəfat tarixi | 1750[1][3] |
Fəaliyyəti | rəssam |
Janr | portret |
![]() |
Robert Fekenin nənələrindən biri Elizabeth Fones (Elizabeth Fones Winthrop Feake Hallett) idi.[5] Onun həyatı, xüsusən də yeniyetməlik illəri haqqında çox az şey məlumdur. 1741-ci ilə qədər Fekenin yalnız bir əsəri məlumdur.[6] Həmin il o, Bostona köçdü və burada İsak Royal and Family (1741) adlı qrupun portretini çəkdi.[7] Fekenin əsərlərində Con Vollastonun təsiri görülür.
1741-ci ildən 1750-ci ilə qədər Feke Boston, Nyuport, Rod-Aylend və Filadelfiyada işləmiş, varlı tacirlərin və torpaq sahiblərinin portretlərini çəkmişdir.[8] Onun fəaliyyəti haqqında son qeyd 26 avqust 1751-ci ildə olmuşdur. Bəzi bioqraflar onun Barbadosda və ya Bermud adalarında öldüyünə dair iddialar irəli sürsələr də bu sübuta yetirilməmişdir.[9]