Sivilizasiyaların toqquşması — Samuel Hantinqton tərəfindən hazırlanmış olan bir tezisdir ki[1][2][3][4][5], bu tezisə görə Soyuq müharibədən sonrakı dövrə müvafiq olaraq, yəni 1990-cı illərdən etibarən beynəlxalq ittifaqlarda və ya münaqişələrdə müəyyənedici amil siyasi və ya iqtisadi ideologiyalar deyil, sivilizasiyalardır və bu tendensiya XXI əsrdə də davam edəcəkdir[1][6][7].
Hantinqton bu tezisə ilk dəfə 1993-cü ildə “Foreign Affairs” jurnalında dərc olunmuş məqaləsində toxunmuş[8], daha sonra bu tədqiqat işini genişləndirərək 1996-cı ildə kitab halında nəşr etdirmişdir[9][10].