. Love.az

Samuel Hantinqton - Wikipedia - Love.az

Ana Səhifə - Samuel Hantinqton

Samuel Hantinqton (ing. Samuel Phillips Huntington; 18 aprel 1927[1][2][…], Nyu-York, Nyu-York ştatı[4] – 24 dekabr 2008[3][1][…]) — məşhur amerikalı sosioloq və politoloq, müqayisəli politologiya və avtoritarizmdən demokratiyaya keçid problemləri üzrə tanınmış mütəxəssis.

Samuel Hantinqton
ing. Samuel P. Huntington
Doğum adı Samuel Phillips Huntington
Doğum tarixi 18 aprel 1927(1927-04-18)[1][2][…]
Doğum yeri
  • Nyu-York, Nyu-York ştatı, ABŞ[4]
Vəfat tarixi 24 dekabr 2008(2008-12-24)[3][1][…] (81 yaşında)
Vəfat səbəbi şəkərli diabet
Elm sahəsi beynəlxalq münasibətlər
İş yerləri
  • Harvard Universiteti,
  • Kolumbiya Universiteti
Təhsili
  • Harvard Universiteti,
  • Yel Universiteti,
  • Çikaqo Universiteti
Tanınmış yetirmələri Frensis Fukuyama, Con Mirşaymer
Tanınır "Sivilizasiyaların toqquşması" (ing. Clash of Civilizations)
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1996-cı ildə yayımladığı "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əsərində sivilizasiyaların etnomədəni prinsiplər əsasında qarşıdurması konsepsiyasını irəli sürmüşdür. Bundan əlavə, o çoxsaylı tədqiqat işlərinin, o cümlədən "Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə" (1991) və "Biz kimik? Amerika milli kimliyinə çağırışlar" adlı məşhur əsərlərin müəllifi, "Foreign Policy" jurnalının həmtəsisçisi və Harvard Universitetinin strateji araşdırmalar institutunun direktoru olmuşdur.

24 dekabr 2008-ci ildə 81 yaşında Massaçusets ştatındakı Martas-Vinyard qəsəbəsində vəfat edib.

Mündəricat

  • 1 İdeyaları
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

İdeyaları

redaktə

Hantinqtonun araşdırmalarının əsas problemlərindən biri, onun sosial-iqtisadi modernləşmədən ayırdığı siyasi inkişafdır. Amerikalı alim institutlaşmanı siyasi inkişafın əsas göstəricisi kimi görürdü. "Dəyişən cəmiyyətlərdə siyasi quruluş 1968" adlı əsəri bu problemlərə həsr olunmuşdu. "Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə" (1991) adlı kitabında Hantinqton 70-ci illərin sonu və 80-ci illərdə bir çox ölkələrdəki demokratiyaya keçişi demokratikləşmənin qlobal prosesi olaraq dəyərləndirirdi. Bununla bərabər, o, bəzi ölkələrin geriyə, avtoritar rejimlərə dönüşünü istisna etmirdi. Lakin təkamülün ümumi gedişi, onun fikrincə, demokratiya yolunu seçmiş ölkələrin sayının durmadan artması istiqamətindədir.

Əsərləri

redaktə
  • Əsgər və Dövlət: Sivil-Hərbi əlaqələrin nəzəriyyəsi və siyasəti. (1957)
  • Ümumi Müdafiə: Milli Siyasətdə Strateji Proqramlar. (1961)
  • Dəyişən Cəmiyyətlərdə Siyasi Düzən. (1968)
  • Üçüncü Dalğa: XX Əsrin Sonlarında Demokratikləşmə. (1991)
  • Sivilizasiyaların Toqquşması və Dünya Düzəninin Yenidən Qurulması. (1996)
  • Biz kimik? Amerikanın Milli Kimlik Problemləri. (2004)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Samuel Phillips Huntington // Brockhauz Ensiklopediyası (alm.).
  2. ↑ 1 2 Bibliothèque nationale de France Samuel Phillips Huntington // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ 1 2 http://www.telegraph.co.uk/news/obituaries/3999461/Samuel-Huntington.html.
  4. ↑ 1 2 Lewin T. Samuel P. Huntington, 81, Political Scientist, Is Dead (ing.). // The New York Times / red. (not translated to en-us) (untranslated): New York Times Company, (untranslated), 2008. 443000 nüs. ISSN 0362-4331; 1553-8095; 1542-667X

Xarici keçidlər

redaktə
  • Samuel Hantinqton. İslam dünyası və Qərb
  • Hantinqton həyatdan getdi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Samuel_Hantinqton&oldid=8000260"
LOVE.AZ