. Love.az

Soltanaga Bayramov - Wikipedia - Love.az

Ana Səhifə - Soltanaga Bayramov
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Bayramov.

Soltanağa Nəhmət oğlu Bayramov (17 oktyabr 1936, Şürük, Lənkəran rayonu – 23 avqust 1993, Lənkəran) — hərbi həkim, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Soltanağa Bayramov
Soltanağa Nəhmət oğlu Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1936(1936-10-17)
Doğum yeri
  • Şürük, Lənkəran rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 23 avqust 1993(1993-08-23) (56 yaşında)
Vəfat yeri
  • Lənkəran, Azərbaycan
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
  • Lənkəran Şəhidlər Xiyabanı
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
"Səhiyyə əlaçısı" döş nişanı

Mündəricat

  • 1 Həyatı
  • 2 Milli Qəhrəman
  • 3 Ailəsi
  • 4 Xatirəsi
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar

Həyatı

redaktə

17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizio–terapevt, sonra isə rentgenoloq–texnik vəzifəsində işləmişdir.

Soltanağa Bayramov hospitalda çalışdığı müddət ərzində "Səhiyyə əlaçısı" adını qazanmışdı. Milli Ordumuzun neçə–neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.

Soltanağa Bayramov 23 avqust 1993-cü ildə Əlikram Hümbətovun dəstələri ilə döyüşlər zamanı həlak olmuşdur.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Ailəsi

redaktə

Ailəli idi, dörd övladı var.

Xatirəsi

redaktə
  • Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilmiş və büstü qoyulmuşdur.
  • Lənkəran şəhərində yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
  • Bakı şəhərində adına park açılmışdır.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 52.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Soltanağa_Bayramov&oldid=8108713"
LOVE.AZ