Stefani Dimmeler-18.07.1967-ci il tarixində Almaniyanın Ravensburg şəhərində doğulmuşdur.[1] Dr Dimmeler Almaniyanın Konstanz şəhərindəki Konstanz Universitetində eksperimental cərrahiyyə və Almaniyanın Frankfurt Universitetində molekulyar kardiologiya üzrə təcrübə keçmişdir. O, 2001-ci ildən eksperimental tibb professoru və 2008-ci ildən isə Frankfurt Universitetinin Molekulyar Tibb Mərkəzində ürək-damar regenerasiyası institutunun direktorudur. Son illərdə o, 300-dən çox milli və beynəlxalq görüş və seminarlara məruzəçi kimi dəvət olunmuş və müxtəlif əsas məruzələrlə çıxış etmişdir. Dimmeler həmçinin bir neçə mükafata layiq görülmüşdür. Almaniyada ən yaxşı 3 qadın alimdən biridir və 2023-cü ildə Bern Universitetinin fəxri doktoru adını daşımaqdadır. O, həm də Alman Tədqiqat Fondunun Mükəmməllik Strategiya Proqramı tərəfindən maliyyələşdirilən "Ürək-Ağciyər İnstitutunun" və Alman Milli Ürək-Damar Tədqiqat Mərkəzinin sözçüsüdür.[2] O, həm də Avropa Tədqiqat Birliyinin "3 Advanced Investigator" qrantının sahibidir.[3] Onun qrupu ürək-damar xəstəliklərinin müalicəsini təkmilləşdirmək üçün yeni hüceyrə və farmakoloji müalicənin işlənib hazırlanması məqsədilə ürək-damar xəstəliklərinin və damarların genişlənməsinin əsas mexanizmini öyrənir. Cari tədqiqatlar ürək-damar bərpasını idarə edən epigenetik mexanizmlərə, xüsusilə kodlaşmayan RNT-lərə fokuslanır.[4]