Stefani Dimmeler (18 iyul 1967[2], Ravensburq[d][2]) — tibb professoru.
Stefani Dimmeler | |
---|---|
alm. Stefanie Dimmeler | |
Doğum tarixi | 18 iyul 1967(1967-07-18)[2] (58 yaş) |
Doğum yeri | |
Elm sahələri | biologiya, biokimya[1], kardiologiya[1], Molekulyar tibb[1] |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü |
18.07.1967-ci ildə Almaniyanın Ravensburg şəhərində doğulmuşdur.[5] Dr Dimmeler Almaniyanın Konstanz şəhərindəki Konstanz Universitetində eksperimental cərrahiyyə və Almaniyanın Frankfurt Universitetində molekulyar kardiologiya üzrə təcrübə keçmişdir. O, 2001-ci ildən eksperimental tibb professoru və 2008-ci ildən isə Frankfurt Universitetinin Molekulyar Tibb Mərkəzində ürək-damar regenerasiyası institutunun direktorudur. Son illərdə o, 300-dən çox milli və beynəlxalq görüş və seminarlara məruzəçi kimi dəvət olunmuş və müxtəlif əsas məruzələrlə çıxış etmişdir. Dimmeler həmçinin bir neçə mükafata layiq görülmüşdür. Almaniyada ən yaxşı 3 qadın alimdən biridir və 2023-cü ildə Bern Universitetinin fəxri doktoru adını daşımaqdadır. O, həm də Alman Tədqiqat Fondunun Mükəmməllik Strategiya Proqramı tərəfindən maliyyələşdirilən "Ürək-Ağciyər İnstitutunun" və Alman Milli Ürək-Damar Tədqiqat Mərkəzinin sözçüsüdür.[6] O, həm də Avropa Tədqiqat Birliyinin "3 Advanced Investigator" qrantının sahibidir.[7] Onun qrupu ürək-damar xəstəliklərinin müalicəsini təkmilləşdirmək üçün yeni hüceyrə və farmakoloji müalicənin işlənib hazırlanması məqsədilə ürək-damar xəstəliklərinin və damarların genişlənməsinin əsas mexanizmini öyrənir. Cari tədqiqatlar ürək-damar bərpasını idarə edən epigenetik mexanizmlərə, xüsusilə kodlaşmayan RNT-lərə fokuslanır.[8]