. Love.az

Stepanavan Rayonu - Wikipedia - Love.az

Ana Səhifə - Stepanavan Rayonu

Stepanavan rayonu[2][3] — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati-ərazi vahidi.

Rayon
Stepanavan rayonu
İnzibati mərkəz Cəlaloğlu
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Sahəsi 635[1] km²
Əhalisi
Əhalisi
  • 17.500 nəf. (1989)
Stepanavan rayonu xəritədə

Mündəricat

  • 1 Haqqında
  • 2 Coğrafiya
  • 3 Əhali
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar
  • 6 Həmçinin bax
  • 7 Xarici keçidlər

Haqqında

redaktə

Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880–1921). Rayon Ermənistan SSR-nın Pəmbək-Loru qəzasınin ləğvi ilə onun bir qismi hesabına 9 sentyabr 1930-cu ildə təşkil edilmişdi.[1] İnzibati mərkəzi Cəlaloğlu şəhəri idi.

7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanununa əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır.[4] Təşkil edildiyi 9 sentyabr 1930-cu ildən ləğv edildiyi 7 noyabr 1995-ci il tarixinədək rayon rəsmən Stepanavan rayonu (rus. Степанаванский район, erm. Ստեփանավանի շրջան) adlanırdı.

Coğrafiya

redaktə

Stepanavan rayonunun ərazisindən Tona çayı axır. Rayon bir tərəfdən Bazum dağ silsiləsi ilə əhatə olunur.

1 oktyabr 1931-ci il tarixinə rayon 1.365 km² ərazini əhatə edirdi.[5] Bu göstərici ilə o bütün Ermənistan SSR ərazisinin (29.660 km²)[5] 4,60%-ini təşkil edirdi. Rayon 1 oktyabr 1938-ci il tarixinə isə 0.61 min km², 1 yanvar 1941-ci il tarixinə 0.6 min km², 1 yanvar 1948-ci il tarixinə 635[1] km² ərazini əhatə edirdi. 1 yanvar 1948-c il tarixinə rayonda rayon tabeli Stepanavan şəhəri və 20 kənd yerləşirdi.[1]

Əhali

redaktə

1 yanvar 1931-ci ildə rayonda mövcud olan 33 kənd sovetliyinə daxil olan 60 yaşayış məntəqəsində 47.012 nəfər əhali yaşayırdı. Onlardan 4.316 nəfəri Stepanavan qəsəbəsində, qalanları isə 59 kənddə məskunlaşmışdı.[5]

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Gərgər, Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və s.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Stepanavan Stepanavan 1924-cü il
Qoturbulaq Katnaxpyur 03.01.1935
Qaraməmməd Aleksandrovka …
Çubuqlu Pokrovka …
Heydərbəy Sverdlov 01.08.1940
Ovandərə Ovanadzor 19.04.1950

Xarici keçidlər

redaktə
  • Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
  • Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
  • Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. [ölü keçid]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 51
  2. ↑ Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
  3. ↑ Степанаван // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 34.
  4. ↑ Национальное Собрания Республики Армения: Закон Республики Армения "Об административно-территориальном делении Республики Армения". Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062–1.-ЗР-18 Arxivləşdirilib.
  5. ↑ 1 2 3 Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Административно-территориальное деление союза ССР (Районы и города СССР). Издательство "Власть Советов" при Президиуме ВЦИК Москва, 1931, страницы 234–237

Həmçinin bax

redaktə
  • Qərbi Azərbaycan
  • Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
  • Erməni əhalisinin tarixi miqrasiyası
  • Apaklu

Xarici keçidlər

redaktə
  • "Sovet ensiklopediyası: "Stepanavan rayonunun adı Calaloğlu olmuşdur."" (az.). tarixiarasdirmalar.wordpress.com. 2014-10-25. 2015-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-29.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Stepanavan_rayonu&oldid=7680362"
LOVE.AZ