. Love.az

Subatan Yaylagi - Wikipedia - Love.az

Ana Səhifə - Subatan Yaylagi

Subatan yaylağı (az.-əski. سوباتان، سوباتان یایلاغی‎)— Güney Azərbaycanın Talış dağlarında yerləşən ən tanınmış və gözəl yaylaqlarından biri.[1]. Subatan yaylaqları Ərdəbil ostanının Hir bölümündəki, Nour gölündən 17 kilometr aralı, dəniz səviyyəsindən isə 1900-1970 metr yüksəklikdə yerləşir.

Mündəricat

  • 1 Etimologiya
  • 2 Görməli yerlər
  • 3 Əhalisi
    • 3.1 Subatanın məhəllələri
  • 4 Mətbəx
  • 5 Görüntülər
  • 6 Xarici keçidlər

Etimologiya

redaktə

Subatan sözü iki türk (azərbaycan) sözündən ibarətdir Su+Batan. Subatan yaylaqlarında çoxlu bulaqlar olaraq, bu bulaqlar yer üzündə axdıqdan sonra yer içinə batırlar, elə buna görə də bura belə adlandırılmışdır.[2][3]

Görməli yerlər

redaktə
 
Subatanda bir şəlalə
  • Batmanbulaq
  • Gəncxana mağarası
  • Varazan kəndindəki Varazan şəlaləsi
  • Haçadaş
  • Sarıdaş
  • Məcmədaş
  • Alçalıq ormanı və parkı
  • Mahar kəndindəki Mahar şəlaləsi
  • Subatan bazarı
  • Sarıbulaq yurdundakı Dovşandaşı
  • Subatan Köçəri Antropologiya Muzeyi
  • Dovşandaşının yaxınlığındakı daş çuxurlar
  • Köçərilərin qara çadırları
  • Subatan qalası
  • Qurudərə qəbristanlığı

[4]

Əhalisi

redaktə
 
Subatanda köçəri bir qadın

Subatanın əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkcəsində danışırlar. Əhalinin çoxu köçəridir.

Subatanın məhəllələri

redaktə
  • Qalabin yurdu: Burada təxminən 70 ailə yaşamaqdadır.
  • Meylə bulağı: Bu məhəllədə daimi olaraq 50 ailə yaşasa da, onların sayı isə yayda çoxalır.
  • Bazar: Bazar yurdu Subatanın ən çox əhalisi olan məhəlləsi olaraq, onda 300 ailədən çox insan yaşayır.
  • Kələmər: Kələmər, Qalabin yurdunun aşağısında yerləşən bir kənddir ki onda 20 ailə yaşayır.[4]

Mətbəx

redaktə

Subatanın ənənəvi yeməklərindən Saciçi, Qovurma, Qurtmac, Cızlıq, Sac çörəyi, Daş çörəyi, Kömbə, Bulama, Pendir qovurma və Qoyun ləvəngisinin adını çəkmək olar.[5]

Görüntülər

redaktə
  •  
    Subatan yaylağı yaz çağında
  •  
    Subatanda davar sürüləri
  •  
    Subatanda əski bir qəbir daşı
  •  
    Subatanda atçılıq
  •  
    Yaz və qışın birləşməsi
  •  
    Sıx ağaclı ormanlarla dağların birləşdiyi yer
  •  
    Subtandan bir görüntü
  •  
  •  

Xarici keçidlər

redaktə
  1. ↑ "Eligəşt". 2021-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  2. ↑ https://mihannovin.ir/Dünya-üzrə-bütün-yerlərdən-fərqli-olan-Subatan/[ölü keçid]
  3. ↑ http://www.soubatan.ir/contents/cc/113/Subatan-sözünün-anlamı[ölü keçid]
  4. ↑ 1 2 "Subatanın görməli yerləri". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  5. ↑ "Kocaru". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Subatan_yaylağı&oldid=6708037"
LOVE.AZ