. Love.az

Tebriz Xelilbeyli - Wikipedia - Love.az

Ana Səhifə - Tebriz Xelilbeyli
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Təbriz (ad).

Təbriz Xəlilbəyli (12 fevral 1964, Bakı – 31 yanvar 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu.[1]

Təbriz Xəlilbəyli
Təbriz Xəlil Rza oğlu Xəlilbəyli
Şəxsi məlumatlar
Doğum tarixi 12 fevral 1964(1964-02-12)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 31 yanvar 1992(1992-01-31) (27 yaşında)
Vəfat yeri
  • Naxçıvanik, Xocalı rayonu, Azərbaycan
Dəfn yeri
  • Şəhidlər Xiyabanı
Vətəndaşlığı
  •  Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Xəlil Rza Ulutürk
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Xidmət illəri 1991-ci ildən
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 Həmçinin bax
  • 6 Mənbə
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Həyatı

redaktə

1964-cü il 12 fevralda Bakı şəhərində, şair Xəlil Rza Ulutürkün ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri M. Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Təhsilini qiyabi davam etdirərək, həm də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyib.

Döyüşlərdə iştirakı

redaktə

Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşlərdə şücaət nümayiş etdirib, yaralı hərbçiləri təhlükəli şəraitdən çıxarıb və düşmən qüvvələrinə ciddi itkilər verib. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak oldu.[2]

Ailəsi

redaktə

Ailəli idi. İki övladı vardı.[1]

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.[3]

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakı şəhərində və Salyan rayonunda küçələrdən biri onun adını daşıyır. Xüsusi məqsədlər üçün istifadə olunan bir gəmi onun şərəfinə adlandırılmışdır.[4][5] Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

Həmçinin bax

redaktə
  • Birinci Qarabağ müharibəsi
  • Şəhidlər Xiyabanında dəfn olunanlar

Mənbə

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 131.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Xəlilbəyli Təbriz Xəlil Rza oğlu". veten-ugrunda.az. 15 October 2015. 23 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2018.
  2. ↑ "24 years pass since Dashalty military operation". interaztv.com. 31 January 2014. 23 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2018.
  3. ↑ "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2018.
  4. ↑ "Gəmilərin siyahısı Dövlət Gəmi Reyestri" (PDF). ardda.gov.az. 19 February 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 November 2018.
  5. ↑ "TABRIZ KHALILBEYLI". marinetraffic.com. 23 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2018.

Xarici keçidlər

redaktə
  • Xəlilbəyli Təbriz[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təbriz_Xəlilbəyli&oldid=8019330"
LOVE.AZ