. Love.az

Tel Eviv - Wikipedia - Love.az

Ana Səhifə - Tel Eviv
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Təl-Əviv[4] və ya Tel-Əviv[5][6] — İsrailin mühüm iqtisadi və mədəniyyət mərkəzi, Aralıq dənizi sahilində liman. Əhalisi 510.000 (2019-cu il) nəfərdir.

Təl-Əviv
תֵּל אָבִיב-יָפוֹ
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
32°04′48″ şm. e. 34°46′48″ ş. u.HGYO
Ölkə
  •  İsrail[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 11 aprel 1909
Sahəsi
  • 52 km²[2]
Mərkəzin hündürlüyü 5 ± 1 m
Saat qurşağı
  • UTC+02:00
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 467.875 nəf. (2021)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +972 3
Poçt indeksi 61000–61999
Digər
tel-aviv.gov.il
Xəritəni göstər/gizlə
Təl-Əviv xəritədə
Təl-Əviv
Təl-Əviv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaxınlığında Ben-Qurion beynəlxalq aeroportu var. İqlimi subtropik Aralıq dənizi tiplidir. Orta temperatur yanvarda 12 °C, iyulda 25 °C-dir. Şəhərin əsası 1909-cu ildə qoyulmuş, İsrail dövləti yarandıqdan (1948) sonra onun paytaxtı olmuşdur.

1948-ci ildə İsrail Dövlətinin ilk Baş Naziri David Ben-Qurion Tel-Əvivin Rotşild küçəsi 16 ünvanında, bu gün müasir sionizm tarixinin muzeyi kimi xidmət edən “Dizengoff House” binasında İsrail dövlətinin yarandığını elan etdi.

1950-ci ildə paytaxt Yerusəlimə köçürülmüşdür. Lakin BMT bu qərarı qəbul etmədiyi üçün rəsmi olaraq paytaxt hələ də Tel-Əviv şəhəridir. Təl-Əviv şotland memar P. Geddesin tərtib etdiyi baş plan əsasında tikilmişdir.

İsrail Dövlətinin əksər dövlət qurumları Yerusəlimdə yerləşir. O cümlədən parlament (Knesset), Ali Məhkəmə və hökumət nazirlikləri.

Etimologiya

redaktə

Bahar təpəsi mənasına gələn Tel-Əviv, 1910-cu ildə şəhərin adı olaraq bir çox variant arasından seçildi.Herzliya adı da digər variantlardan biri olmuşdur. Şəhərin adı da Theodor Herzl Altneuland adlı Almanca kitabının İvrit versiyasının başlığıdır. Almancadan Nahum Sokolow tərəfindən tərcümə olunan kitab üçün Sokolow, bu ivrit dilində olan adı Yezekel kitabının bir hissəsindən aldığını söylədi. Tel-Əvivin adı, qədim yəhudi vətənində intibah mədəniyyətini tam qarşıladığı düşünüldü. İvrit dilində Əviv "bahar" deməkdir və yenilənmə deməkdir. Yenə də İvrit dilində "tel" sözü "təpə" deməkdir.Qədim torpaqlarda tikilmiş yeni bir sivilizasiyanı təsvir edir .Bir digər məlumata görə şəhərin adı ilə bağlı Yafo adına əlaqədar bəzi fikirlər var. Bəzi tədqiqatçılar bu adı yafah və yofi sözündən çıxardığını düşünürlər, yəni ivrit dilində "gözəl" və ya "gözəllik" deməkdir. Başqa bir inanca görə, Nuhun oğlu Yafət şəhəri quraraq şəhərə öz adını verdi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
  2. ↑ https://www.britannica.com/place/Tel-Aviv-Yafo.
  3. ↑ https://www.cbs.gov.il/he/Settlements/Pages/יישובים/Yishuv.aspx?semel=5000&mode=Yeshuv. Israel Central Bureau of Statistics.
  4. ↑ Azərbaycan dilinin orfoqrafiya lüğəti. Şərq-Qərb Nəşriyyatı. 2013. səh. 821-ci səhifə.
  5. ↑ "Tel-Əviv: "polis qəddarlığına" qarşı etiraz aksiyası dağıdılır". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.
  6. ↑ "AZAL-dan yeni aksiya: Bakı–Tel-Əviv–Bakı 299 avroya". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-03.

Xarici keçidlər

redaktə
  •   Vikianbarda Təl-Əviv ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təl-Əviv&oldid=8103414"
LOVE.AZ