Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Təl-Əviv[4] və ya Tel-Əviv[5][6] — İsrailin mühüm iqtisadi və mədəniyyət mərkəzi, Aralıq dənizi sahilində liman. Əhalisi 510.000 (2019-cu il) nəfərdir.
Təl-Əviv | |
---|---|
תֵּל אָבִיב-יָפוֹ | |
![]() | |
32°04′48″ şm. e. 34°46′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 11 aprel 1909 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 5 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +972 3 |
Poçt indeksi | 61000–61999 |
Digər | |
tel-aviv.gov.il | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Yaxınlığında Ben-Qurion beynəlxalq aeroportu var. İqlimi subtropik Aralıq dənizi tiplidir. Orta temperatur yanvarda 12 °C, iyulda 25 °C-dir. Şəhərin əsası 1909-cu ildə qoyulmuş, İsrail dövləti yarandıqdan (1948) sonra onun paytaxtı olmuşdur.
1948-ci ildə İsrail Dövlətinin ilk Baş Naziri David Ben-Qurion Tel-Əvivin Rotşild küçəsi 16 ünvanında, bu gün müasir sionizm tarixinin muzeyi kimi xidmət edən “Dizengoff House” binasında İsrail dövlətinin yarandığını elan etdi.
1950-ci ildə paytaxt Yerusəlimə köçürülmüşdür. Lakin BMT bu qərarı qəbul etmədiyi üçün rəsmi olaraq paytaxt hələ də Tel-Əviv şəhəridir. Təl-Əviv şotland memar P. Geddesin tərtib etdiyi baş plan əsasında tikilmişdir.
İsrail Dövlətinin əksər dövlət qurumları Yerusəlimdə yerləşir. O cümlədən parlament (Knesset), Ali Məhkəmə və hökumət nazirlikləri.
Bahar təpəsi mənasına gələn Tel-Əviv, 1910-cu ildə şəhərin adı olaraq bir çox variant arasından seçildi.Herzliya adı da digər variantlardan biri olmuşdur. Şəhərin adı da Theodor Herzl Altneuland adlı Almanca kitabının İvrit versiyasının başlığıdır. Almancadan Nahum Sokolow tərəfindən tərcümə olunan kitab üçün Sokolow, bu ivrit dilində olan adı Yezekel kitabının bir hissəsindən aldığını söylədi. Tel-Əvivin adı, qədim yəhudi vətənində intibah mədəniyyətini tam qarşıladığı düşünüldü. İvrit dilində Əviv "bahar" deməkdir və yenilənmə deməkdir. Yenə də İvrit dilində "tel" sözü "təpə" deməkdir.Qədim torpaqlarda tikilmiş yeni bir sivilizasiyanı təsvir edir .Bir digər məlumata görə şəhərin adı ilə bağlı Yafo adına əlaqədar bəzi fikirlər var. Bəzi tədqiqatçılar bu adı yafah və yofi sözündən çıxardığını düşünürlər, yəni ivrit dilində "gözəl" və ya "gözəllik" deməkdir. Başqa bir inanca görə, Nuhun oğlu Yafət şəhəri quraraq şəhərə öz adını verdi.