Taşköprüzadə Əhməd Əfəndi (ərəb. طاشكبري زاده; 2 dekabr 1495[1], Bursa[1] – 16 aprel 1561[1], Fateh, İstanbul[1]) — "Əş-Şəqaiqun-Numaniyyə" və "Miftəhus-səadə" adlı əsərləri ilə tanınan Osmanlı alimi.[2] O, Əbu Mənsur əl-Maturidini Sünni kəlam məktəbinin banisi olaraq göstərmişdir.[3]
Taşköprüzadə | |
---|---|
ərəb. طاشكبري زاده | |
![]() Taşköprüzadənin "əl-Məalim fi ilmil-kəlam" adlı əsərinin ilk səhifələri. | |
Doğum tarixi | 2 dekabr 1495(1495-12-02)[1] |
Doğum yeri | Bursa, Osmanlı dövləti |
Vəfat tarixi | 16 aprel 1561(1561-04-16)[1] (65 yaşında) |
Vəfat yeri | İstanbul, Osmanlı dövləti |
Elm sahələri | kəlam, fiqh, təfsir, məntiq, bioqrafiya, tarix |
2 dekabr 1495-ci ildə Bursada dünyaya gəlib. Məşhur Taşköprüzadələr nəslinə mənsubdur. Quranı əzbərləyir və mədrəsə təhsili alır. Şeyxzadə Muhyiddin Mehmed Kocevi, Mahmud ibn Qazızadəi-Rumi, Məhəmməd ət-Tunisi kimi alimlərdən dərs alır və təhsilini bitirir. Oruc Paşa mədrəsəsində müdərris işləyir. 1545-ci ildə Bursa, 1551-ci ildə isə İstanbul qazısı təyin olunur. 16 aprel 1561-ci ildə İstanbulda vəfat edir.[2]
Taşköprüzadə kəlam, fiqh, təfsir, əxlaq, məntiq, bioqrafiya, Ərəb dili və ədəbiyatı, elmlər tarixi, tibb kimi müxtəlif sahələrdə 30-a yaxın kitab və risalələr qələmə almış və bu əsərlərini ərəbcə yazmışdır. Qələmə aldığı əsərlərdən bəziləri bunlardır:[2]