. Love.az

Talabiqislaq - Wikipedia - Love.az

Ana Səhifə - Talabiqislaq

Talabıqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Talabıqışlaq
41°19′07″ şm. e. 48°43′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 330 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Talabıqışlaq xəritədə
Talabıqışlaq
Talabıqışlaq

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
  • 3 Mədəniyyəti
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər
  • 6 İstinadlar

Toponimikası

redaktə

Talabıqışlaq oyk, mür. Quba r-nunun Talabı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Kəndi Baş Talabıdan çıxan ailələr yaratmışlar. Bu coğrafi ad Talabı (oyk.) və qışlaq sözlərindən ibarət olub, “Talabı kəndinə məxsus qışlaq” mənasındadır. Yaşayış məntəqəsi vaxtilə Talabı kəndinə məxsus qışlaq yerində salındığına görə belə adlanmışdır.[1]

Əhalisi

redaktə
  • Əhalisi tatlardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1797 nəfər əhali yaşayır.[2]

Mədəniyyəti

redaktə

Çox maraqlı toy adətləri var. Bəy tərifi olanda bəyin qabağına qız evi xoruzu konfetlə qoz və fındıq ləpələri ilə bəziyib aparırlar. Bəy evi də bu xonçası qəbul edib onun əvəzində xonçanı gətirənə şirinlik verir. Bəy tərifi zamanı bəyin boynuna çoxlu xələtlər (parçalar) atırlar və hamı bəyi və yanındakı solduş və sağdışı öpür. Əgər bu vaxt bəy üzünü silərsə, onda bəy cərimələnir.

Həmçinin bax

redaktə
  • Quba rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Talabıqışlaq&oldid=6426076"
LOVE.AZ