. Love.az

Taner Yildiz - Wikipedia - Love.az

Ana Səhifə - Taner Yildiz

Taner Yıldız (3 aprel 1962) — Türk siyasətçi, elektrik mühəndisi. 22., 23. və 24. Dövr Ədalət və İnkişaf Partiyası Kayseri millət vəkili və Türkiyə respublikasın Enerji və Təbii Qaynaqlar Naziridir.

Taner Yıldız
Türkiyə Böyük Millət Məclisinin üzvü
Vəzifədədir
7 iyul 2018-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1962(1962-04-03) (63 yaş)
Partiya
  • Ədalət və İnkişaf Partiyası
Təhsili
  • İstanbul Texniki Universiteti
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

3 Aprel 1962 tarixində Yozğadın Boğazlıyan mahalına bağlı Dəvəçipinar Qəsəbəsində dünyaya gəldi. Lisey təhsilini Kayseri Liseyində tamamladı. İstanbul Texniki Universiteti Elektrik-Elektronik Fakültəsi Elektrik Mühəndisliyi Hissəsini bitirdi. Kayseri Elektrik İstehsal Şirkətinin İdarə heyəti Üzvü, Kayseri və Ətrafı Elektrik TAŞ-ının İdarə heyəti Üzvü və Ümumi Müdiri olaraq vəzifə yerinə yetirdi. 2002 ümumi seçkilərində Əİ Partiyasından Kayseri millət vəkili namizədi oldu, 22. Dönəmdə Türkiyə Böyük Millət Məclisinə girdi. Baş nazir Ərdoğanın enerji məsləhətçiliyi vəzifəsini icra etdi. 1 May 2009-da 60. Hökumətdə reallaşan kabinet dəyişikliyi nəticəsində Enerji və Təbii Qaynaqlar Nazirliyi vəzifəsini Məmməd Helmi Gülərdən götürdü. Yıldız, 1 dekabr 2009 tarixində hökumətin nüvə stansiya proyektinə qarşı etdiyi hərəkətlərlə ictimaiyyət gündəminə tez-tez gələn Qrinpisin Aralıq dənizi ofisini ziyarət etdi. Özünə Nüvə ilə Yaşamağa Hazırsınızmı? şəklində bir üst geyimi də hədiyyə edilən Yıldız, beləcə Qrinpis Türkiyə Ofisini ziyarət edən ilk nazir oldu.

Evlidir və 4 övladı var.

Xarici keçidlər

redaktə
  Vikianbarda Taner Yıldız ilə əlaqəli mediafayllar var.
  • Enerji və Təbii Sərvətlər Nazirliyi Arxivləşdirilib 2020-10-04 at the Wayback Machine
  • TBMM-dəki səhifəsi Arxivləşdirilib 2016-11-30 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Taner_Yıldız&oldid=7560088"
LOVE.AZ