Tartu Universiteti (est. Tartu Ülikool, lat. Universitas Tartuensis) — Estoniyanın Tartu şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim ali təhsil ocağıdır.
Tartu Universiteti UT, TÜ, ТУ | |
---|---|
Tartu Ülikool | |
![]() | |
![]() | |
![]() | |
58°22′52″ şm. e. 26°43′13″ ş. u.HGYO | |
Əsası qoyulub | 1632 |
Tip | dövlət universiteti |
Rektor | Tomas Asser |
Tələbə sayı | 18,000 (2011) |
Müəllim sayı | 1,700 |
Şəhər | Tartu |
Ölkə | |
Ünvan | Estoniya |
Sayt | ut.ee |
![]() |
1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır.[3] Bu universitet həmin dövrdə İsveç Krallığının rəhbərliyi altında idi.[4]
Universitetin çox sayda filialı, texnikumları, konservatoriyası, elmi-tədqiqat mərkəzi var[5].
Hər il universitetə 4500 tələbə qəbul olunur.[5]
Hazırkı Estoniya bayrağı 1881-ci ildə Tartu Universitetinin tələbələri tərəfindən hazırlanmışdır.[6]
Universitet Utrext Şəbəkəsinin[7], Koimbra qrupunun[8] və Avropa Birliyinin Erasmus proqramının üzvüdür. Tartu Universiteti Erasmus proqramı çərçivəsində 26 ölkənin 200-dən çox universiteti ilə əməkdaşlıq edir. 2007/2008 tədris ilində burada təxminən 175 Erasmus tələbəsi var idi ki, onların da böyük əksəriyyəti Finlandiya, Almaniya, İtaliya, Fransa və İspaniyadan gəlir.[9]
Tartu Universiteti 2013-cü ildə Rusiya Təhsil və Elm Nazirliyinin sifarişi ilə "İnterfaks" agentliyinin keçirdiyi və MDB, Baltikyanı ölkələr və Gürcüstanın ali məktəbləri iştirak etdiyi reytinqdə keçmiş SSRİ məkanının 10 ən yaxşı universitetləri arasında yer almışdır.[10]
"Universitet" portalı |
Vikianbarda Tartu Universiteti ilə əlaqəli mediafayllar var. |