Tim Kuk (ing. Timothy Donald Cook; 1 noyabr 1960[1][2], Mobil, Alabama) — Stiv Jobsun 24 avqust 2011 tarixində Apple-ın CEO-luğundan ayrılmasından sonra təyin olunan CEO-su. Kuk Apple-da 1998-ci ildən işləyir.[3]
Tim Kuk | |
---|---|
ing. Tim Cook | |
![]() | |
Doğum tarixi | 1 noyabr 1960(1960-11-01)[1][2] (64 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | iş adamı, informatik, mühəndis, baş icraçı direktor, aparıcı, menecer |
![]() |
|
apple.com/leadership/tim… | |
![]() |
Tim Kuk 1 noyabr 1960-cı ildə ABŞ-ın Alabama ştatında anadan olmuşdur[4]. 1982-ci ildə Auburn Universitetində sənaye mühəndisliyi üzrə bakalavr dərəcəsi, 1988-ci ildə isə Duke Universiteti Fuqua Biznes Məktəbində MBA dərəcəsi almışdır.O, dünyaca məşhur texnologiya şirkəti "Apple"in hazırkı baş icraçı direktoru (CEO) və texnologiya sənayesinin ən təsirli şəxslərindən biridir. Tim Kuk 2011-ci ildə "Apple"ın qurucusu və o zamankı CEO-su Stiv Cobsun ölümündən sonra bu vəzifəyə təyin olunmuşdur.[5]
Tim Kuk öz şəxsi həyatını diqqət[6] mərkəzində saxlamamağa çalışır[7], amma 2014-cü ildə LGBTQ+ icmasının bir üzvü olduğunu açıqladı. Bu, onu Fortune 500 şirkətlərindən birinə rəhbərlik edən ilk açıq gey CEO edir.[8]
Karyerasına "IBM"də başlamış və burada 12 il ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Daha sonra "Intelligent Electronics" şirkətində əməliyyatlar üzrə vitse-prezident və "Compaq" şirkətində korporativ materiallar üzrə vitse-prezident vəzifələrini icra etdi.[9]
Tim Kuk, 1998-ci ildə Stiv Cobs tərəfindən "Apple"a cəlb edildi.[10]O zaman "Apple" maliyyə böhranında idi. Tim Kuk, "Apple"ın təchizat zəncirini və əməliyyat sistemlərini yenidən təşkil etməklə şirkəti xilas etməkdə mühüm rol oynadı.[11] "Apple"ın istehsal prosesini yenidən strukturlaşdırdı, səmərəliliyi artırdı və istehsalat xərclərini azaltdı.[12] Şirkətin təchizat zəncirindəki çatışmazlıqları aradan qaldırdı və məhsulun bazara çıxma sürətini artırdı[13]. Kukun rəhbərliyi altında Apple, dünyanın ən böyük texnologiya şirkəti və trilyon dollar dəyərində olan ilk şirkətlərdən birinə çevrildi. Kuk, "Apple"ın karbon neytral şirkətə çevrilməsi və ətraf mühitə uyğun məhsullar istehsal etməsi üçün ciddi addımlar atdı.[14] 2030-cu ilə qədər bütün təchizat zəncirinin karbon neytral olmasını hədəfləmişdir. Apple-ın xidmət sektoru genişləndi — Apple Music, Apple TV+, Apple Arcade, Apple Pay və iCloud kimi xidmətlər önə çıxarıldı.[15]