Toğrul Ömərov (3 avqust 1986, Diyallı, İsmayıllı rayonu) — Azərbaycan alimi, uşaq cərrahı, uşaq uroloqu. Azərbaycanda uşaqlarda laparoskopik və torakoskopik cərrahiyyə sahəsindəki fəaliyyətləri üzrə məşhurdur. Tibbdə qlobal səviyyədə istifadə olunan anadangəlmə qasıq yırtığı olan uşaqlarda laparoskopiya yardımlı ignipunktur ekstraperitoneal herniorrafiya metodunun və uşaqlarda anadangəlmə qasıq yırtığı üçün laparoskopik üsulla igniopunktur ekstraperitoneal herniorrafiya ixtirasının həmmüəllifidir.[1][2] 8000-dən artıq əməliyyat icra etmişdir.[3]
Toğrul Ömərov | |
---|---|
Doğum tarixi | 3 avqust 1986(1986-08-03) (38 yaş) |
Doğum yeri | |
Elm sahəsi | uşaq cərrahiyyəsi |
Elmi dərəcəsi |
|
Təhsili | |
usaqcerrahi.az/togrul-om… |
Toğrul Ömərov 3 avqust 1986-cı ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil almış, daha sonra 2009–2010-cu illərdə Kazan şəhərində Kazan Dövlət Uşaq Respublika Xəstəxanasında internatura keçmiş, 2011–2014-cü illərdə isə aspirantura təhsili almışdır. 2013-cü ildə İtaliyanin Roma şəhərində yerləşən Bambino Gesu xəstəxanasında uşaqlarda laparoskopik əməliyyatlar üzrə təkmilləşmə kursu keçmişdir. 2014-cü ilin may ayında Fransanın Strazburq şəhərində 10 günlük laparaskopik uşaq cərrahiyəsi üzrə xüsusi təkmilləşmə kursu keçmişdir. 2016-cı ilin mart-aprel aylarında ABŞ-nin Nyu-York şəhərində 1 saylı uşaq xəstəxanasında xüsusi cərrahi kursda iştirak etmişdir. 2016, 2017 və 2018-ci illərdə İsrailin Şnayder Uşaq Tibb Mərkəzində mikrocərrahiyyə üzrə master-klass, yeni doğulmuş uşaqlarda laparoskopiya kursu almışdır.[4]
2016-cı ildə Rostovda "Oğlan uşaqlarında anadangəlmə qasıq yırtıqlarında müasir cərrahi metodlarının təkmilləşdirilməsi" elmi işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.[5]
Evlidir. 1 övladı var.
Toğrul Ömərov 2010–2015-ci illərdə Kazan Dövlət Uşaq Respublika xəstəxanasında aparıcı uşaq cərrahı kimi çalışıb. 2015–2017-ci illərdə Bakıda Grand Hospitalda, 2017–2018 Medi Style Hospitalda fəaliyyət göstərmişdir. Hazırda Bakı Sağlamlıq Mərkəzində uşaq cərrahiyəsi şöbəsinin müdiridir.[6]
Toğrul Ömərov bir çox müxtəlif yerli və beynəlxalq elmi konfranslarda məruzəçi kimi çıxış etmişdir. Tibbdə qlobal səviyyədə istifadə olunan anadangəlmə qasıq yırtığı olan uşaqlarda laparoskopiya yardımlı ignipunktur ekstraperitoneal herniorrafiya metodunun və uşaqlarda anadangəlmə qasıq yırtığı üçün laparoskopik üsulla igniopunktur ekstraperitoneal herniorrafiya ixtirasının həmmüəllifidir.[1][2]