. Love.az

Topal Mehmed Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Topal Mehmed Pasa

Topal Mehmed Paşa (ö. 1659) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.[1]

Topal Mehmed Paşa
Osmanlı kaptan-ı dəryası
ƏvvəlkiSeydi Əhməd Paşa
SonrakıÇavuşzadə Mehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1659
Vəfat yeri Saqqız adası, Osmanlı imperiyası

Həyatı

redaktə

Doğum tarixi və əsli barədə məlumat yoxdur. Bəylərdən olub, 1649-cu ildə Həmid sancaqbəyi tyəin edildi. Ancaq həmin ilin sonlarında Abxaz Həsən üsyanına qoşuldu. Bir il sonra itaət edərək 1651-ci ilin dekabrında Konya bəylərbəyi, sonra Sivas, Axısqa, Çıldır və vəzirliklə Temeşvar sancaqbəyliyinə gətirildi. 12 dekabr 1656-cı ildə kaptan-ı dərya olsa da, 1657-ci ilin dekabrında Saqqız adasının mühafizəsi ilə vəzifələndirildi. Ancaq bölgədəki özbaşınalığı və zülmkarlığı səbəbilə 1659-cu ildə Körpülü Mehmed Paşa tərəfindən edam edilərək cəzalandırıldı.

Mənbə

redaktə
  • Sicill-i Osmani IV, səh. 49.

İstinadlar

redaktə
  1. ↑ Sicill-i Osmani IV, səh. 49.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Topal_Mehmed_Paşa&oldid=6908802"
LOVE.AZ