Ukrayna Milli Hökuməti[1] (ukr. Українське державне правління) — 30 iyun 1941-ci ildə Lvov şəhərində, UMT (Stepan Bandera qanadı) tərəfindən elan edilmiş və qısa müddət fəaliyyət göstərmiş müvəqqəti hökumət orqanı idi.[2] Bu qurumun yaradılması Ukraynanın müstəqilliyinin bərpası məqsədilə həyata keçirilmişdi. Hökumət Yaroslav Stetskonun rəhbərliyi ilə yaradılmış, 30 iyun 1941-ci ildə Lvovda "Ukrayna Dövlətinin Bərpası Aktı"nın elan olunması ilə fəaliyyətə başlamışdır. Bəyanatda Ukraynanın müstəqil dövlət olduğu və bu dövlətin Almaniya ilə əməkdaşlıq edəcəyi bildirilmişdi.[3]
Tarixi dövlət | |||||
Ukrayna Milli Hökuməti | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Lvov, Kiyev | ||||
Dil | ukrain dili | ||||
İdarəetmə forması | respublika | ||||
![]() |
UMT Almaniya ilə əməkdaşlıq edərək Ukraynanın azadlığını təmin edəcəyini düşünürdü. Lakin Almaniya bu təşəbbüsü rədd etmiş və Ukrayna Milli Hökumətinin fəaliyyətini tanımamışdır. Nəticədə, Alman işğal rəhbərliyi bu hökumətin fəaliyyətini dayandırmış, üzvlərinin bir hissəsi həbs edilmiş və ya repressiyaya məruz qalmışdır.[4][5][6][7]
Reyx rəsmiləri Ukrayna Milli Hökumətinin elanını qəzəblə qarşıladılar. Stepan Bandera və Yaroslav Stetsko 1941-ci ilin iyul ayında almanlar tərəfindən həbs olundu və Zaksenxauzen konslagerinə göndərildilər.[8] Hökumət faktiki olaraq fəaliyyətini cəmi iki ay ərzində göstərə bildi. Ukrayna Milli Hökuməti hər nə qədər qısa ömürlü olsa da, bu akt Ukrayna millətçiləri tərəfindən XX əsrdə dövlətçilik arzularının ifadəsi kimi qiymətləndirilir.[9] 1941-ci il aktı müasir Ukrayna milliyyətçi dairələri tərəfindən mühüm siyasi hadisə kimi qəbul olunur.[10]
Szyper noticed that, after German troops came to Lviv, German and Ukrainian flags were hung out everywhere, and the Ukrainians expected that a Ukrainian "state of fascist kind" would be established. He also heard a speech by the mayor of Lviv, Polians'kyi, in which the speaker expressed loyatly to Hitler.