. Love.az

Yaroslav Stetsko - Wikipedia - Love.az

Ana Səhifə - Yaroslav Stetsko
Bu adın digər istifadə formaları üçün bax: Stetsko (dəqiqləşdirmə).

Yaroslav Stetsko (ukr. Ярослав Семенович Стецько; 19 yanvar 1912[1], Ternopıl, Sisleytaniya – 15 iyun 1986, 5 iyul 1986[2] və ya 5 aprel 1986[3], Yuxarı Bavariya) — ukraynalı millətçi siyasətçi, Ukrayna Millətçiləri Təşkilatının (OUN-B) aparıcı liderlərindən biri. O, 1941-ci ildə Lvovda Ukraynanın müstəqilliyini elan edən hökumətin rəhbəri olmuş və sonradan mühacirətdə Ukrayna millətçi təşkilatlarını birləşdirən Ukrayna Antibolşevik Blokunun başçısı kimi fəaliyyət göstərmişdir.[4][5]

Yaroslav Stetsko
Şəxsi məlumatlar
Doğum tarixi 19 yanvar 1912(1912-01-19)[1]
Doğum yeri
  • Ternopıl, Sisleytaniya, Avstriya-Macarıstan
Vəfat tarixi 15 iyun 1986(1986-06-15) (74 yaşında), 5 iyul 1986(1986-07-05)[2] (74 yaşında) və ya 5 aprel 1986(1986-04-05)[3] (74 yaşında)
Vəfat yeri
  • Yuxarı Bavariya, Bavariya, Almaniya Federativ Respublikası
Partiya
  • Ukrayna Millətçiləri Təşkilatı
Təhsili
  • Yagellon Universiteti
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Slava Stetsko
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

redaktə

Stetsko 1912-ci il yanvarın 19-da Avstriya-Macarıstan imperiyasına daxil olan Ternopol şəhərində anadan olmuşdur. Gənc yaşlarından Ukrayna millətçi ideologiyasına maraq göstərmişdir. Lvov Universitetində fəlsəfə və hüquq üzrə təhsil almışdır. 1929-cu ildə yaradılan Ukrayna Millətçiləri Təşkilatına (OUN) erkən dövrlərdən qoşulmuş və Stepan Bandera ilə yaxın əməkdaşlıq etmişdir.[6]

22 iyun 1941-ci ildə Almaniya SSRİ-yə hücum etdikdən sonra, OUN-B Lvov şəhərində 30 iyun 1941-ci ildə müstəqil Ukrayna dövlətinin yaradıldığını elan etdi. Bu aktı Yaroslav Stetsko oxumuş və o, yeni yaradılan müvəqqəti hökumətin baş naziri elan edilmişdir.[7][8] Lakin nasist Almaniyası Ukraynanın müstəqilliyini tanımadı və Stetsko ilə Bandera həbs edilərək Berlinə göndərildi. Müharibədən sonra Stetsko Almaniyada qalaraq siyasi fəaliyyətini davam etdirmişdir. O, 1947-ci ildə Ukrayna Antibolşevik Bloku (ABN) adlı təşkilatı yaratmış və müxtəlif Avropa ölkələrində sovetlərə qarşı çıxışlar təşkil etmişdir. ABN beynəlxalq miqyasda bir çox antikommunist qurumlarla əməkdaşlıq etmiş və Soyuq müharibə dövründə ABŞ və digər Qərb ölkələri ilə ideoloji yaxınlıq nümayiş etdirmişdir.[9]

Yaroslav Stetsko 5 iyul 1986-cı ildə Almaniyanın Münhen şəhərində vəfat etmişdir. O, mühacirətdə ikən Ukraynanın müstəqilliyi uğrunda fəaliyyəti ilə tanınmışdır. Onun həyat yoldaşı Slava Stetsko da siyasi fəal olmuş və Stetskonun ölümündən sonra onun işini davam etdirmişdir.[10]

Yaroslav Stetsko müasir Ukraynada bəziləri tərəfindən milli qəhrəman kimi qəbul edilir, lakin onun fəaliyyəti beynəlxalq miqyasda, xüsusən də yəhudi və polyak təşkilatları tərəfindən tənqidlə qarşılanır.[11]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France Yaroslav S. Stetsko // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Find a Grave (ing.). 1996.
  3. ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  4. ↑ Стецько Ярослав Семенович / О. Й. Стасюк // Енциклопедія Сучасної України [Електронний ресурс] / Редкол. : І. М. Дзюба, А. І. Жуковський, М. Г. Железняк [та ін.] ; НАН України, НТШ, К. : Інститут енциклопедичних досліджень НАН України, 2024.
  5. ↑ John Armstrong (1963). Ukrainian Nationalism. New York: Columbia University Press, pg. 54
  6. ↑ "Конгрес Українських Націоналістів - Ярослав Стецько: "Не за мир, а за тріюмф правди"". 9 June 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-26.
  7. ↑ "Організація українських націоналістів і Українська повстанська армія. Інститут історії НАН України.2004р Організація українських націоналістів і Українська повстанська армія" (PDF). History.org.uk. səh. 1. 17 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib.(Arxivləşdirilib 2 dekabr 2012 at the Wayback Machine)
  8. ↑ І.К. Патриляк. Військова діяльність ОУН(Б) у 1940—1942 роках. – Університет імені Шевченко \Ін-т історії України НАН України Київ, 2004 (No ISBN)
  9. ↑ Motyka, Grzegorz. Ukraińska partyzantka 1942–1960. Warszawa, 2006.
  10. ↑ Himka, John-Paul. Ukrainian Nationalism and the Holocaust, Journal of Genocide Research, 2010.
  11. ↑ p.15 ОУН в 1941 році: документи: В 2-х ч Ін-т історії України НАН України К. 2006 ISBN 966-02-2535-0 – У владних структурах рейху знайшлися сили яки з прагматичних міркувань стали на захист бандерівців. Керівники гестапо сподівалися використовувати їх у власних цілях а керівники абверу а радянському тилу.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaroslav_Stetsko&oldid=8134255"
LOVE.AZ