Vüqar Əhməd (tam adı: Vüqar Mikayıl oğlu Əhməd; 17 aprel 1963, Bakı) — şair, ədəbiyyatşünas, alim.
Vüqar Əhməd | |
---|---|
Vüqar Mikayıl oğlu Əhmədov | |
Doğum tarixi | 17 aprel 1963(1963-04-17) (62 yaş) |
Doğum yeri | |
Uşağı | |
Fəaliyyəti | alim, şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları |
![]() |
vuqar-ahmed.com |
Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olmuşdur. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984–1987-ci illərdə Qobustan rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə "Novruz" qəzeti və "Azərbaycan dünyası" nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-cı ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışmışdır. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Mətbuat tarixi və publisitika şöbəsinin müdiridir.[1] 2005–2011-ci illərdə AMİ-nin professoru kimi pedaqoji fəaliyyət göstərmişdir. Rəhbərliyi altında gənc alimlər yetişməkdədir. 1980-ci ildə Bakıdakı M. Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-ci ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
Azərbaycan Milli Dram Teatrının ilk direktoru və baş rejissoru — repressiya qurbanı Bilal Əhmədin qardaşı nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədovun, eləcə də bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır. Səbinə Əhmədova ilə ailəlidir, Hüseyn adlı bir oğlu, Almaxanım adlı bir qızı var. Qızı Almaxanım Beynəlxalq Muğam Mərkəzinin solistidir.[2]
Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Rusiya-Dərbənd Ədiblər Birliyinin "Muğam" assosiasiyasının üzvüdür. Həmçinin Bakı şəhəri icra hakimiyyəti dini komissiyasının üzvü olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin sədr müavini kimi fəaliyyət göstərmişdir. 2016–2018-ci illərdə AMEA-nın Ədəbiyyat İnstitutunda "Ədəbiyyatşünaslıq" Yaradıcılıq Birliyinin sədri olmuşdur. 4 roman və 10 şeir kitabının, yüzlərlə teleradio verilişinin müəllifidir. İki dərslik, iki tədris proqramı çap olunub. Filologiya elmləri doktoru, professor, eləcə də AMEA-da ədəbiyyatşünaslıq üzrə dissetasiya şurasının üzvüdür. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. Eyni zamanda "Azad Azərbaycan" teleradio şirkəti Bədii Şurasının üzvü olmuşdur. 2021-ci ildən Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, "Turan" Elmlər Akademiyasının akademiki[3] və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilmiş, "Türk dünyasına xidmət" beynəlxalq qızıl ulduz ordeni ilə təltif olunmuşdur.[4] 2021-ci ildə Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib[5] 2022-ci ildə Dünya Söz Akademiyasının fəxri üzvü seçilib[6] 2022-ci ildə "Turan"ın xalq şairi" fəxri adı verilib.[7][8] 2022-ci il iyun ayında Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib[9]
"Rus uşaq ədəbiyyatı və Azərbaycan" (Bakı, 1992), "Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı" (Bakı, 1998), "Azərbaycan uşaq ədəbiyyatı" (Bakı, 2006), "Ədəbiyyatşünaslıq" (Bakı, 2007), "Anam mənim" (Tehran.2008), "Ş. M. Xiyabani" (Bakı 2010), "Qarabağ yuxusu və yaxud yuxuda qələbə" (2012), Cənubi Azərbaycan və Qarabağın tarixini əks etdirən "Qaradağlılar" roman-trilogiyası, M. Ə. Rəsulzadəyə ithaf olunan "Son nəfəsədək Azərbaycan" romanı (2014), M. Şəhriyar. Seçilmiş əsərləri. (M. Şəhriyarın farsca yazılan əsərlərinin poetik və filoloji tərcümələri. (2016), "Cənubi Azərbaycan poeziyası" (2014), "Ədəbi-elmi portretlər" (2017), "Cənubi Azərbaycan şeir antologiyası" (2018), "Plyus bədii yaradıcılıq" (ədəbi almanax) I–II kitab (2017–2018) və s. kimi 40 kitab və 500-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya, Belçika, Meksika, ABŞ, Hindistan, İtaliya, Rusiya, Qazaxıstan, Özbəkistan, Başqırdıstan, Qırğızıstan və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir.[10] 2019-da Hindistanda "Ayın şairi" seçilib[11] 2021-ci ildə Urmiyada keçirilən "Rezavvi" beynəlxalq şeir festivalının qalibi olmuşdur[12] 2021-ci ildə ABŞ-nin Texas ştatında keçirilən beynəlxalq şeir müsabiqəsinin qalibi olmuşdur. 2022-ci ildə "ŞUŞANIN DAĞLARI BAŞI VÜQARLI" adlı kitabı çap olunmuşdur[13]
Vüqar Əhməd "Qızıl Qələm", AHİK-nın (2 dəfə) və AMEA-nın "Fəxri Fərman"ları ilə təltif olunmuşdur. "Araz" ali ədəbi, "Abdulla Şaiq", "Məmməd Araz", "İlin nəğməkar şairi", 2 dəfə "Zirvə", "İlin mahnısı", "Simurq" və s. mükafatların laureatıdır. 2017-ci ildə Vüqar Əhməd çoxşaxəli və geniş elmi — tədqiqat fəaliyyətinə görə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə "İlin alimi" adına layiq görülmüşdür.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |