. Love.az

Vuqar Huseynov - Wikipedia - Love.az

Ana Səhifə - Vuqar Huseynov

Vüqar Tofiq oğlu Hüseynov (20 iyun 1969, Daşkəsən, Cəbrayıl rayonu – 20 iyul 1991, Buzluq, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Vüqar Hüseynov
Vüqar Tofiq oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyun 1969
Doğum yeri
  • Daşkəsən, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 iyul 1991 (22 yaşında)
Vəfat yeri Goranboy rayonu, Azərbaycan Respublikası
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri
  • Daşkəsən
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar

Həyatı

redaktə

Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə Daşkəsəndə məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılır və həyatını cəbhə ilə bağlayır.

Döyüşlərdə iştirakı

redaktə

Vüqar Hüseynov Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanı qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edirlər. Vüqar burada qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

O əvvəlcə "Qırmızı Ulduz" ordeni ilə təltif olunur. Daha sonra 1992-ci il 6 iyun Azərbaycan Respublikası prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Doğulduğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilmişdir. Oxuduğu orta məktəb onun adını daşıyır.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 129.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vüqar_Hüseynov&oldid=8101055"
LOVE.AZ