Vilhelm fon Humboldt (Tam adı: alm. Friedrich Wilhelm Christian Karl Ferdinand Freiherr von Humboldt; 22 iyun 1767[2][3][…] – 8 aprel 1835[2][3][…], Berlin) — alman dilçisi.
Vilhelm fon Humboldt | |
---|---|
alm. Wilhelm von Humboldt | |
![]() | |
Doğum adı | Friedrich Wilhelm Christian Karl Ferdinand von Humboldt |
Doğum tarixi | 22 iyun 1767(1767-06-22)[2][3][…] |
Vəfat tarixi | 8 aprel 1835(1835-04-08)[2][3][…] (67 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fəlsəfə, siyasət[1], diplomatiya[1], dilçilik[1], tərcüməçilik fəaliyyəti[d][1] |
İş yeri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
![]() |
Vilhelm fon Humboldt 22 iyun 1767-ci ildə Almaniyanın Potsdam şəhərində anadan olmuşdu. O, klassik təhsil almış, müxtəlif mədəniyyətlərə maraq göstərmiş, təkcə Avropa dillərini deyil, həm də bask, Amerika, Çin, habelə malay dillərini dərindən öyrənmiş və özünün dil fəlsəfəsini məhz çoxsaylı dillərin materiallarından bəhrələnərək işləyib hazırlamışdır.Ona G. V. Laybnisin (1646-1716) təsiri böyük olmuşdur. İ. Kantın (1724 -1804) əsərləri onun yetişməsində mühüm rol oynamışdı.O, tənqidi realizmdə Y.V. fon Göte (1749-1829) və F. Şillerlə (1759-1805) razılaşırdı. Bu istiqamətin Vilhelm fon Humboldtda dərin iz buraxmasında onun Parisdə keçirdiyi illər (1797-1801) xüsusi qeyd edilməlidir.
Vilhelm fon Humboldt 8 aprel 1835-ci ildə Berlin şəhərində vəfat edib.
Alman filosofu Vilhelm fon Humboldt (1767-1835) XIX əsrin əvvəllərində belə bir tezisi müdafiə edirdi ki, “bir birliyin dili ilə o birlikdə yaşayan fərd(lər)in zehni yönümləri arasında o dərəcədə yaxın bağlar var ki, bunlardan birinə dair məlumat əldə etsəniz o biri ilə bağlı məlumatları da tamamilə əldə etmiş olacaqsınız. Çünki dil və zehni fəaliyyət (intellectuality) birlikdə meydana gəlir və formalaşır. Cəmiyyəti dilində görər, dilində anlarıq. Bir cəmiyyətin dili o cəmiyyətin ruhu, ruhu isə dilidir. Bu dərəcədə eyni olan başqa bir şeyi düşünmək həqiqətən çətindir. Humbolt dil və mədəniyyəti sadəcə qarşılıqlı əlaqə və təsirdə olan iki fenomen kimi deyil, onları köklü bir eyniliyə malik olan iki sosial fenomen kimi təhlil edir. Əslində dil və mədəniyyət arasındakı əlaqəni və təsiri kimsə inkar etmir. Lakin bu əlaqə müdafiə olunmaqla yanaşı, eyni zamanda, mədəniyyətlərin dillər tərəfindən şərtlənib idarə olunduğu tezisi və təsirlənmənin tək istiqamətli olduğu iddiası mübahisələrə gətirib çıxarır.