. Love.az

Xelfeli Susa - Wikipedia - Love.az

Ana Səhifə - Xelfeli Susa
Bu adın digər istifadə formaları üçün bax: Xəlfəli.

Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. Xəlfəli kənd inzibati-ərazi dairəsinin mərkəzidir.

Xəlfəli
39°45′41″ şm. e. 46°42′08″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Xəlfəli xəritədə
Xəlfəli
Xəlfəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Tarixi
  • 3 Əhalisi
  • 4 İstinadlar
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Coğrafiyası

redaktə

Xəlfəli[1] kəndi Şuşa rayonunun Xəlfəli kənd inzibati-ərazi dairəsinin mərkəzidir. Bu inzibati-ərazi dairəsinə Armudlu, Dükənlər, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu və Zamanpayası kəndləri də daxildir.[2][3] Kənd Xəlfəliçayın sahilində yerləşir[4][5]. Xəlfəliçay Qarqarçaya tökülür[6]. Kənd Şuşa rayonunun şimal hissəsində[7], rayon mərkəzi olan Şuşadan 7 km aralıda yerləşir[8].

Tarixi

redaktə

Sovet dövründə kənd Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibində olan Şuşa rayonuna daxil idi.[9]

Qarabağ münaqişəsi nəticəsində kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[10]

2020-ci il 9–10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyanata əsasən, İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir.[11]

Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirdiyi hərbi əməliyyatlar nəticəsində kənd Azərbaycanın nəzarətinə qaytarılmışdır.[12]

Əhalisi

redaktə

Qarabağ müharibəsindən əvvəl kənddə yalnız azərbaycanlılar yaşayırdı. 1912-ci il "Qafqaz təqvimi"nə görə, kənddə əsasən "Tatarlar" kimi qeyd edilən 1 389 azərbaycanlı yaşayırdı.[13] 1921-ci il siyahıyaalınmasına əsasən, kənddə "Azərbaycan türkləri" kimi göstərilən 1 073 azərbaycanlı yaşamışdır.[14] 1986-cı il məlumatlarına görə, kənddə 117 nəfər yaşayırdı[8].

İstinadlar

redaktə
  1. ↑ "Şuşa rayonunda hansı qəsəbə və kəndlər var? - SİYAHI". Modern.az. 8 Noyabr 2024. İstifadə tarixi: 2025-04-07.
  2. ↑ İnzibati ərazi bölgüsü təsnifatı. 2024 (PDF). Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2024. 95. 2024-04-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-07.
  3. ↑ "Rayon haqqında | Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti". www.shusha-ih.gov.az. 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.
  4. ↑ "nakarte.me". nakarte.me. İstifadə tarixi: 2025-04-07.
  5. ↑ AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. BİRİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. Redaktor: Rübabə Əliyeva. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva, Şəms Qocayeva. Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. 2007. Səhifə 242. ISBN 978-9952-34-155-3.
  6. ↑ Yunusoğlu, Qismət. "Laçın-Xankəndi yolunun müqəddəsliyi..." www.anl.az. 2022-12-23. İstifadə tarixi: 2024-10-07.
  7. ↑ "Şuşa". www.virtualkarabakh.az. İstifadə tarixi: 2025-04-07.
  8. ↑ 1 2 Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Azərbaycan Sovet Ensiklopediyası - X Cild (F,X,H,C,Ç,Ş). 1987-01-01. Səhifə 77.
  9. ↑ Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (az.). Bakı: Azərnəşr. 1979. 118. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.
  10. ↑ "Erməni terrorunun xronologiyası - GÜNBƏGÜN". KONKRET (az.). 2019-10-07. İstifadə tarixi: 2024-02-07.
  11. ↑ "Баку: Минобороны РФ исказило факты об инциденте на дороге Ханкенди-Халфали-Туршсу". www.aa.com.tr. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.
  12. ↑ "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
  13. ↑ Кавказский календарь на 1912 г., с. 214. 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.
  14. ↑ "Перепись населения АзССР в 1921 г. по Шушинскому району". 2011-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-26.

Həmçinin bax

redaktə
  • Malıbəyli
  • Xəlfəliçay

Xarici keçidlər

redaktə
  • Xəlfəli (Şuşa) GEOnet Names Server-də.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xəlfəli_(Şuşa)&oldid=8092789"
LOVE.AZ