![]() |
Bu məqalə Şuşa rayonu haqqındadır. Şuşa şəhəri üçün Şuşa səhifəsinə baxın. |
Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır. Şuşa şəhəri İkinci Qarabağ müharibəsində 8 noyabr 2020-ci ildə və 9 noyabr 2020-ci ildə isə Daşaltı kəndi düşməndən azad edilmişdir.[3]
Rayon | |
Şuşa | |
---|---|
39°45′ şm. e. 46°45′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Şuşa |
Xüsusi nümayəndə | Aydın Kərimov |
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı | Səfərov Bayram Əsəd oğlu |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 310[1] km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 34 200[2] nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SUS |
Telefon kodu | +994 26 |
Poçt indeksi | 5800 |
Avtomobil nömrəsi | 58 |
Rəsmi sayt | |
![]() |
|
![]() |
|
Statistika kodu: 70200001 | |
![]() |
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 25 mart 2023-cü il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində Zamanpəyəsi və Allahqulular kəndləri, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları'ndan sonra Turşsu qəsəbəsi, Ağbulaq, Armudlu, Aşağı Quşçular, Bayat, Böyük Qaladərəsi, Cəmillər, Çaykənd, Dükanlar, Əmillər, Göytala, Həsənabad, Həsənqulular, Xanalı, Xanlıqpəyə, Xəlfəli, Xudaverdilər, İmamqulular, İmanlar, Kiçik Qaladərəsi, Qarabulaq, Qaybalı, Laçınlar, Malıbəyli, Məmişlər, Mirzələr, Nağılar, Nəbilər, Onverst, Paşalar, Salatınkənd, Sarıbaba, Səfixanlar, Şırlan, Şuşulu, Turabxan, Yuxarı Quşçular, Zarıslı, Xan bağı kəndləri Azərbaycanın suverenliyinə keçmişdir.
Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı 700–800 mm-dir. Ərazisindən Qarqarçay axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aiddirlər.[4]
Səthi dağlıqdır (Qarabağ silsiləsi). Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır.
Mineral sular (Turşsu), bulaqlarla (İsa bulağı) zəngindir. Əsas çayları Qarqarçayın qolları olan Zarıslı, Xəlfəli çaylarıdır.
Meşələrdə şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm , gərməşov, yemişan , əzgil , itburnu və s. bitir. Meşələrdə həmçinin vələs, ağcaqayın , gilas , göyrüş və palıd növləri yayılmışdır.[5]
Daşaltı kəndində karst mağaraları. Şuşada Şahnəzər mağarası. Şuşa şəhəri yaxınlığında Daşaltı kanyonu. Böyük Kirs dağı, Keçəldağ aşrımı, Üçmıx dağı
Şuşa Şahnəzər mağarasının uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10 in-dir. Mağaradan Paleolitə aid ikikobud daş çapacaq, Mezolitə aid mikroiit bıçaqlar, m.ə. V — IV minilliyə aid Eneolit gil qablar, Tunc, Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, müsəlman qəbri tapılmışdır.
Daşaltı kəndində müdafiə qalası, İbrahimxəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr), tövlə, hamam qalıqları. Şuşada Gövhər-ağa məscidi (1884), Aşağı Gövhör-ağa məscidi (1875).
Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir. Burada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16–19 dərəcə, illik yağıntı isə 700–800 mm olur.[4][6]
Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür.
Daşaltı Dövlət Təbiət Yasaqlığı, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonun (de-yuri olaraq) 31.499 nəfər əhalisi var.[7]
Şuşa rayonunun etnik tərkibi (2009-cu il[8]) azərbaycanlılar (95,8 %) ermənilər (4,0 %) türk (0,1 %) qalanları (0,1 %)
Etnik qrup |
1939-cu il[9][10] | 1959-cu il[11] | 1970-ci il[12] | 1979-cu il[13] | 1989-cu il | 1999-cu il[14] | 2009-cu il[8] | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | |
azərbaycanlı | 6 306 | 58.29% | 6 564 | 61.77% | 9 890 | 72.38% | 12 955 | 80.87% | 18 679 | 91.68% | 23 135 | 95.05% | 27 364 | 95.81% |
erməni | 4 177 | 38.61% | 3 794 | 35.70% | 3 577 | 26.18% | 2 881 | 17.98% | 1 430 | 7.02% | 1 140 | 4.68% | 1 140 | 3.99% |
türk | … | … | … | … | … | … | … | … | … | … | … | … | 41 | 0.14% |
ləzgi | 17 | 0.16% | … | … | … | … | … | … | … | … | 1 | 0.01% | 4 | 0.01% |
rus | 256 | 2.37% | 198 | 1.86% | 142 | 1.04% | 114 | 0.71% | … | … | 16 | 0.07% | 4 | 0.01% |
kürd | 4 | 0.04% | … | … | … | … | … | … | … | … | 33 | 0.14% | 3 | 0.01% |
tatar | 4 | 0.04% | … | … | … | … | … | … | … | … | 5 | 0.02% | 2 | 0.01% |
ukraynalı | 20 | 0.18% | … | … | 7 | 0.05% | 11 | 0.07% | … | … | 9 | 0.04% | … | … |
digər | 35 | 0.32% | 70 | 0.66% | 48 | 0.35% | 58 | 0.36% | 265 | 1.30% | 1 | 0.01% | 2 | 0.01% |
cəmi | 10 819 | 100% | 10 626 | 100% | 13 664 | 100% | 16 019 | 100% | 20 374 | 100% | 24 340 | 100% | 28 560 | 100% |
Bax: Şuşada doğulanlar
Vikianbarda Şuşa rayonu ilə əlaqəli mediafayllar var. |