Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. Xəlfəli kənd inzibati-ərazi dairəsinin mərkəzidir.
Xəlfəli | |
---|---|
![]() | |
39°45′41″ şm. e. 46°42′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Xəlfəli[1] kəndi Şuşa rayonunun Xəlfəli kənd inzibati-ərazi dairəsinin mərkəzidir. Bu inzibati-ərazi dairəsinə Armudlu, Dükənlər, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu və Zamanpayası kəndləri də daxildir.[2][3] Kənd Xəlfəliçayın sahilində yerləşir[4][5]. Xəlfəliçay Qarqarçaya tökülür[6]. Kənd Şuşa rayonunun şimal hissəsində[7], rayon mərkəzi olan Şuşadan 7 km aralıda yerləşir[8].
Sovet dövründə kənd Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibində olan Şuşa rayonuna daxil idi.[9]
Qarabağ münaqişəsi nəticəsində kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[10]
2020-ci il 9–10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyanata əsasən, İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir.[11]
Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirdiyi hərbi əməliyyatlar nəticəsində kənd Azərbaycanın nəzarətinə qaytarılmışdır.[12]
Qarabağ müharibəsindən əvvəl kənddə yalnız azərbaycanlılar yaşayırdı. 1912-ci il "Qafqaz təqvimi"nə görə, kənddə əsasən "Tatarlar" kimi qeyd edilən 1 389 azərbaycanlı yaşayırdı.[13] 1921-ci il siyahıyaalınmasına əsasən, kənddə "Azərbaycan türkləri" kimi göstərilən 1 073 azərbaycanlı yaşamışdır.[14] 1986-cı il məlumatlarına görə, kənddə 117 nəfər yaşayırdı[8].