Xanlar Rüstəm oğlu Vəliyev (15 mart 1955, Yevlax) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Baş prokurorunun sabiq müavini — Azərbaycan Respublikasının sabiq Hərbi prokuroru (2005–2025[1]), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2025[2]), ədliyyə general-leytenantı (2005), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2015).
Xanlar Vəliyev | |
---|---|
10 fevral 2005 – 08 aprel 2025 | |
Baş prokuror | Zakir Qaralov Kamran Əliyev |
Əvvəlki | İlham Məmmədov i. e. |
Sonrakı | Bəhruz Əhmədov |
9 noyabr 1993 – 21 aprel 2000 | |
Baş prokuror | Əli Ömərov Eldar Həsənov |
Vəzifədədir | |
11 aprel 2025-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1955(1955-03-15) (70 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | hüquq elmləri üzrə fəlsəfə doktoru |
Rütbəsi |
![]() Ədliyyə general-leytenantı |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci il mart ayının 15-də Yevlax şəhərində anadan olmuş, 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olunmuşdur. Xanlar Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir.[3]
24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilmişdir.[4]
8 aprel 2025-ci ildə səlahiyyət müddəti başa çataraq, səlahiyyətinə xitam verilmişdir.[1]
Azərbaycan Respublikası Prezidentinin Təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisin 11 aprel 2025-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilmişdir.[2]
Ailəlidir, üç övladı var. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.[10]