Bəhruz Vidadi oğlu Əhmədov (4 iyul 1984, Bankə, Neftçala rayonu) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru (2025-ci ildən), ədliyyə polkovniki.
Bəhruz Əhmədov | |
---|---|
Vəzifədədir | |
13 may 2005-ci ildən | |
Baş prokuror | Kamran Əliyev |
Əvvəlki | Xanlar Vəliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyul 1984(1984-07-04) (40 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas, prokuror |
Rütbəsi | Ədliyyə polkovniki |
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Bəhruz Vidadi oğlu Əhmədov 4 iyul 1984-cü ildə anadan olub. 2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına xidmətə qəbul edilib.[1]
Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov orada müstəntiq, böyük müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru işləyib.[1]
Bəhruz Əhmədov 2018-ci ilin noyabrında Qazax Hərbi Prokurorluğuna prokuror vəzifəsinə təyin olunub. 2020-ci ilin iyulunda ədliyyə polkovnik-leytenantı rütbəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə vəzifəsinə təyinat alıb. 2020-ci ilin oktyabr ayından ədliyyə polkovniki hərbi rütbəsindədir.[1]
Azərbaycan Respublikasının Prezidentinin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.[2]