. Love.az

Xose Muxika - Wikipedia - Love.az

Ana Səhifə - Xose Muxika
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var.
Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023)

Xose Muxika (20 may 1935[1][2], Montevideo[5][6] – 13 may 2025[3][4], Montevideo[7]) — 2010-2015-ci illərdə vəzifədə olmuş Uruqvayın 40-cı prezidenti.

Xose Muxika
isp. José Mujica
Uruqvay Prezidenti
1 mart 2010 – 1 mart 2015
Şəxsi məlumatlar
Doğum adı José Alberto Mujica Cordano
Doğum tarixi 20 may 1935(1935-05-20)[1][2]
Doğum yeri
  • Montevideo, Montevideo departamenti[d], Uruqvay[5][6]
Vəfat tarixi 13 may 2025(2025-05-13)[3][4] (89 yaşında)
Vəfat yeri
  • Montevideo, Montevideo departamenti[d], Uruqvay[7]
Vəfat səbəbi qida borusu xərçəngi[d][8]
Partiya
  • Uruqvay Milli Partiyası (1956–1962)
Fəaliyyəti siyasətçi, fermer, boyakar[d], partizan
Dini Panteizm
Elmi fəaliyyəti
Elm sahəsi Orta Əsrlər fəlsəfəsi, politologiya

Təltifləri "Xilaskar San-Martin" ordeni (Argentina) — 2021 "Peru günəşi" ordeninin boyunbağılı böyük xaçı — 2011 "Fransisko Morasan" ordeni (Honduras) — 2025 "Manuel Amador Gerrero" ordeninin böyük xaçı (Panama) — 2017 "Astek qartalı" ordeni (Meksika) — 2014 "Ləyaqət" milli ordeni (Ekvador) — 2014 "San-Lorenso" milli ordeni (Ekvador) — 2014 "Ləyaqət" milli ordeni (Paraqvay) — 2010
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Şəxsi həyatı
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Xose Muxika 1960–1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Xose Muxika bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş dostu Lusiya Topolanski də həbsxanadan keçib. Onlar 2005-ci ildə rəsmən evləniblər.

13 may 2025-ci ildə vəfat edib.[9]

Şəxsi həyatı

redaktə

Xose Muxika yalnız 2010-cu ildə maşın sahibi olub. Bu, 1987-ci ilin istehsalı və qiyməti 1945 ABŞ dolları olan Volkswagen Käfer idi. O, dünyada ən kasıb (əliaçıq) prezident sayılır. Prezidentlik dövründə prezident sarayında deyil, kənddə fermada yaşamışdır. 12500 ABŞ dolları ekvivalentində olan prezident maaşından yalnız 1250 ABŞ dollarını özündə saxlayaraq qalan hissəsini xeyriyyəçiliyə sərf edib. "Bu pul mənə bəs edər, çünki əhalinin bir hissəsinin bundan da az gəliri var" demişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 José (»Pepe«) Alberto Mujica Cordano // Brockhauz Ensiklopediyası (alm.).
  2. ↑ 1 2 Jose Mujica // Munzinger Personen (alm.).
  3. ↑ 1 2 324cat Mor als 89 anys José Mujica, carismàtic expresident de l'Uruguai (kat.). 2025.
  4. ↑ 1 2 José « Pepe » Mujica, ancien président de l’Uruguay et grande voix de l’Amérique latine, est mort (fr.). / J. Fenoglio Paris: Société éditrice du Monde, 2025. ISSN 0395-2037; 1284-1250; 2262-4694
  5. ↑ 1 2 Catalog of the German National Library (alm.).
  6. ↑ 1 2 Jose Mujica. NNDB.
  7. ↑ 1 2 El adiós a José "Pepe" Mujica: la muerte del expresidente de Uruguay, las reacciones y los preparativos para su funeral (isp.). 2025.
  8. ↑ El cáncer de esófago que mató a Pepe Mujica: el primer síntoma clave para detectarlo a tiempo (isp.). 2025.
  9. ↑ ""Dünyanın ən kasıb prezidenti" kimi tanınan Xose Muxika vəfat etdi". Oxu.az (az.). İstifadə tarixi: 2025-05-13.

Xarici keçidlər

redaktə
  Vikianbarda Xose Muxika ilə əlaqəli mediafayllar var.
  • Marixuananı leqallaşdıran siyasətçi: "Revmatizmli qoca kimi öləcəm" – MÜSAHİBƏ/FOTOLAR. publika.az, 01.11.2015 (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xose_Muxika&oldid=8135672"
LOVE.AZ