Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023) |
Xose Muxika (20 may 1935[1][2], Montevideo[5][6] – 13 may 2025[3][4], Montevideo[7]) — 2010-2015-ci illərdə vəzifədə olmuş Uruqvayın 40-cı prezidenti.
Xose Muxika | |
---|---|
isp. José Mujica | |
![]() | |
1 mart 2010 – 1 mart 2015 | |
Şəxsi məlumatlar | |
Doğum adı | José Alberto Mujica Cordano |
Doğum tarixi | 20 may 1935(1935-05-20)[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 13 may 2025(2025-05-13)[3][4] (89 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qida borusu xərçəngi[d][8] |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, fermer, boyakar[d], partizan |
Dini | Panteizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Orta Əsrlər fəlsəfəsi, politologiya |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
![]() |
Xose Muxika 1960–1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Xose Muxika bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş dostu Lusiya Topolanski də həbsxanadan keçib. Onlar 2005-ci ildə rəsmən evləniblər.
13 may 2025-ci ildə vəfat edib.[9]
Xose Muxika yalnız 2010-cu ildə maşın sahibi olub. Bu, 1987-ci ilin istehsalı və qiyməti 1945 ABŞ dolları olan Volkswagen Käfer idi. O, dünyada ən kasıb (əliaçıq) prezident sayılır. Prezidentlik dövründə prezident sarayında deyil, kənddə fermada yaşamışdır. 12500 ABŞ dolları ekvivalentində olan prezident maaşından yalnız 1250 ABŞ dollarını özündə saxlayaraq qalan hissəsini xeyriyyəçiliyə sərf edib. "Bu pul mənə bəs edər, çünki əhalinin bir hissəsinin bundan da az gəliri var" demişdir.
Vikianbarda Xose Muxika ilə əlaqəli mediafayllar var. |