Yaxşı oğlanlar — Şeyn Blekin rejissorluğu və Şeyn Blek ilə Entoni Baqarozzinin müştərək yazdıqları süjet xətti ilə 2016-cı ildə çəkilmiş Amerika istehsalı olan neo-noir, komediya, triller filmi. Filmin aktyor heyətində Rassel Krou, Rayan Qoslinq, Anqori Rays, Mett Bomer və Kim Beysinger kimi məşhur aktyorlar iştirak etmişdirlər.
Yaxşı oğlanlar | |
---|---|
ing. The Nice Guys | |
Janr | müəmma filmi[4], komediya filmi |
Rejissor | Şeyn Blek |
Prodüser | Coel Silver |
Ssenari müəllifi |
|
Baş rollarda | |
Operator | Filipp Ruslo |
Bəstəkarlar |
|
İstehsalçı | Warner Bros. |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi | 15 may 2016[9] |
Müddət | 116 dəqiqə[1] |
Büdcə | 50 milyon $[2] |
Gəlir | 62.8 milyon $[3] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Atlanta |
IMDb | ID3799694 |
Filmin premyerası 15 may 2016-cı ildə 2016 Kann Film Festivalında baş tutmuşdur. Filmin ABŞ-dəki premyerası isə Warner Bros. tərəfindən 20 may 2016-cı ildə baş tutmuşdur.
Aktyor | Rol |
---|---|
Rayan Qoslinq | Holland Març Holland Març |
Rassel Krou | Cekson Hili Cekson Hili |
Mett Bomer | Con Boy Con Boy |
Kim Beysinqer | Cudit Kattner Cudit Kattner |
Marqaret Kuelli | Ameliya Kattner Ameliya Kattner |
Cek Kilmer | Çet Çet |
Enqauri Rays | Holli Març Holli Març |
Tay Simpkins | Bobbi Bobbi |
Kit Devid | Yaşlı oğlan Yaşlı oğlan |
Bo Napp | Mavi üzlü Mavi üzlü |
Robert Dauni | Sid Kletçer Sid Kletçer |
Şeyn Blek 2001-ci ildə Entoni Baqarozzi ilə bərabər ssenarinin bir versiyasını yazmışdır.[10] Lakin ssenarinin bu versiyası heç bir alıcının diqqətini cəlb edə bilməmiş və bir müddət ssenarinin bu versiyası ilə bir televiziya serialının çəkilməsi planı nəzərdən keçirilmişdi.[10] Daha sonralar isə Blek filmin son versiyasının buraxılışını dəstəkləmək üçün televiziya serialı ideyasını tənqid edərək, “bu heç də yaxşı bir fikir deyildi” demişdir.
Filmin son versiyası 2014-cü ilin iyun ayda elan edilmiş və bu versiyaya əsasən filmdə baş rolları Rassel Krou və Rayan Qoslinq ifa etməli, filmin prodüseri isə Coel Silver olmalı idi.[11] Daha sonra isə Blek filmin inkişafında etdikləri köməklərinə görə Krou və Qoslinqə borclu olduğunu bildirmişdir.
Filmin əsas çəkilişləri 27 oktyabr 2014-cü ildə Atlanta və Dekeyter şəhərlərində başlamışdır.[12] Filmin çəkilişlər həmçinin Los-Ancelesdə də aparılmışdır.
Filmin premyerası ABŞ-da əslində 2016-cı il iyul ayının 17-nə təyin edilmişdi.[13] Lakin Warner Bros. filmin premyera tarixini 2016-cı ilin 20 may tarixinə irəli çəkmişdir.
Film film tənqidçilərindən müsbət rəylər al8dı. Metacriticdə 51 tənqidçidən 45 tənqidçinin müsbət rəyini almış film orta hesabla 70 bal yığmışdır.[14] Rotten Tomatoes saytında isə filmin aldığı 240-dan çox rəyin 91%-i müsbət istiqamətdə olmuş və bu nəticə ilə 10-dan 7,5 bal əldə etmişdir.[15]