Sara Marqaret Kuolli[4][5][6] (ing. Sarah Margaret Qualley ; 23 oktyabr 1994[1]) — amerikalı aktrisa, fotomodel, kinoprodüser, Emmi (2019, 2022) və Qızıl Qlobus (2022, 2025) mükafaktları nominantı.
Marqaret Kuolli | |
---|---|
![]() | |
Doğum tarixi | 23 oktyabr 1994(1994-10-23)[1] (30 yaş) |
Həyat yoldaşı | |
Partnyorları |
|
Fəaliyyəti | kino aktrisası, aktrisa, televiziya aktrisası, model[d], rəqqasə, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 2011-ci ildən |
Təhsili |
|
Boyu | 173 sm |
IMDb | ID4960279 |
![]() |
Sara Marqaret Kuolli 23 oktyabr 1994-cü ildə ABŞ-ın Montana ştatının Kalispell şəhərində[7] aktrisa və model Endi Makdauell və keçmiş model və fermer Pol Kuollinin ailəsində anadan olub. Onun böyük qardaşı və bacısı var: Castin (1986-cı il təvəllüdlü) və Reyni (1989-cu il təvəllüdlü). Ana tərəfdən o, Şotlandiya kökənlidir. Kuolli ailəsi Montana ştatının Missoula şəhərində bir ranchoda yaşayırdı.[8] Kuolli beş yaşında olanda valideynləri boşandı.
Yeniyetmə yaşlarında Kuolli və onun bacısı debütant idilər, hər ikisi Parisdəki Bal des debutantes -də debüt edirdilər.
14 yaşında Kuolli Şimali Karolina İncəsənət Məktəbinə daxil oldu və burada rəqs öyrəndi.[9] O, Amerika Balet Teatrında və Nyu York Peşəkar Uşaq Məktəbində balet üzrə təhsil almışdır.[10] 16 yaşında Şimali Karolina Rəqs Teatrında şagird olmaq təklifi aldıqdan sonra o, rəqsi tərk etmək qərarına gəlib. Nyu Yorkda qalmaq üçün o, model kimi işləmək qərarına gəlib. Kuolli daha sonra diqqətini aktyorluğa yönəltdi və Londonda Kral Dramatik İncəsənət Akademiyasının yay proqramına daxil oldu. Nyu York Universitetində oxudu, lakin bir semestrdən sonra aktyorluq rollarını davam etdirmək üçün oranı tərk etdi.
2011-ci ildə Kuolli Nyu York Moda Həftəsində modellik debüt etdi. 2012-ci ilin yaz/yay Paris Moda Həftəsində Valentino və Chanel üçün modellik etdi.[11][12] O, Vogue, W, Teen Vogue =, Interview, Vanity Fair və Nylon jurnallarının üz qabığında və məqalələrdə yer aldı.[11] O, Kenzo,[13][14] Ralph Lauren, Kate Spade və Céline üçün reklam kampaniyalarında iştirak etdi. Kuolli Chanel üçün çoxsaylı kampaniyalarda iştirak etmişdir.[15][16][17]
2013-cü ildə Kuolli ekrana ilk dəfə Gia Koppolanın Palo Alto[18] filmində kiçik bir rolla çıxdı. Həmin ilin iyun ayında o, HBO-da yayımlanan The Leftovers[19] serialının əsas heyətinə qatıldı və müvafiq olaraq 2015 və 2017-ci illərdə serialın sonrakı ikinci və üçüncü mövsümlərində Cill Garvi rolunu təkrarladı.
2016-cı ildə Kuolli Şeyn Blekin Yaxşı oğlanlar komediyasında[20] rol aldı. Sonuncu premyerası 2017-ci ildə Sandens Film Festivalında onun digər filmi The Acemi[21] ilə birlikdə olmuşdur. Elə həmin il o, Adam Vinqardın Ölüm dəftəri filmində çəkildi.[22]
2021-ci ildə Qualley Netflix dram serialı "The Cleaning Lady"də rol aldı[23] Elə həmin il Yorgos Lantimosun "Kasıblar və bədbəxtlər[24] filminin aktyor heyətinə qoşuldu və 2022-ci ildə eyni rejissorun[25] "Xeyirxahlığın növləri" filmində rol aldı.
2023-cü ildə Kuolli Korali Farjın Substansiya qorxu filmində baş rollardan birini oynadı. Bu işə görə o, ikinci Qızıl Qlobus nominasiyasını aldı.