. Love.az

Yelmar Edilov - Wikipedia - Love.az

Ana Səhifə - Yelmar Edilov
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
(Learn how and when to remove this template message)

Yelmar Edilov (10 aprel 1946, Əlimədətli, Ağdam rayonu – 11 aprel 1994, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Yelmar Edilov
Yelmar Şahmar oğlu Edilov
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1946(1946-04-10)
Doğum yeri
  • Əlimədətli, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 aprel 1994(1994-04-11) (48 yaşında)
Vəfat yeri
  • Ağdam rayonu, Azərbaycan
Dəfn yeri
  • Bakı
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Milli Qəhrəman
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

Həyatı

redaktə

Yelmar Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954–1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurur. M. F. Axundov adına üzümçülük kolxozunda işə düzəlir.

Döyüşlərdə iştirakı

redaktə

1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımi cavabı verdilər. 11 aprel 1994-cü ildə "çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.

Ailəli idi. Yeddi övladı var.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  • Sərraf Şiruyə, "İgid ölər adı qalar", Gəncə-2002. ("75 yara və ya Dəmir Yelmar" poeması) səh.139–258
  • Sərraf Şiruyə, "Seçilmiş əsərləri" (II cild), Nurlan-2008. ("75 yara" poeması) səh.7–123
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 63–64.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yelmar_Edilov&oldid=8059040"
LOVE.AZ