Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd.[3][4] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılmışdır.[5]
Yuxarı Cürəli | |
---|---|
39°21′52″ şm. e. 48°34′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1321[2] |
Xəritəni göstər/gizlə
|
XIX əsrə aid mənbələrdə rayonun ərazisində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin kənd böyüyərək Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə cürəli tayfasının adını əks etdirir.[6]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Muğan düzündə yerləşir. Ağalıkənd və Təzəkənd kəndləri ilə sərhəddir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 1206 | 563 | 643 |
2009[8] | ↗1334 | ↗668 | ↗666 |
Kənddə 331 təsərrüfat var.
Kənddə Yuxarı Cürəli kənd kitabxana filialı,[9] Yuxarı Cürəli kənd klubu,[10] Yuxarı Cürəli Poçt Şöbəsi (AZ1321) və Yuxarı Cürəli EATS[11] fəaliyyət göstərir.
Kənddə Yuxarı Cürəli kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13]
Kənddə 1993-cü ildə inşa edilmiş Yuxarı Cürəli kənd məscidi yerləşir.[14]
Kənddə Yuxarı Cürəli kənd tibb məntəqəsi yerləşir.[15]