Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd.[3][4]
Aşağı Cürəli | |
---|---|
39°25′12″ şm. e. 48°34′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1313[2] |
Xəritəni göstər/gizlə
|
Yerli əhalinin məlumatına görə, sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır.[5]
Aşağı Cürəli Biləsuvarın ilk salınan kəndlərindəndir. Əsasən 1940–50-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd ərazidən köçürülən insanlardan təşkil olunmuşdur.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Muğan düzündə yerləşir. Əsgərabad, Dərvişli, Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 2609 | 1278 | 1331 |
2009[7] | ↗2751 | ↗1374 | ↗1377 |
Kənddə 799 təsərrüfat var.
Kənddə Aşağı Cürəli kənd kitabxana filialı,[8] Aşağı Cürəli kənd klubu[9] və Aşağı Cürəli Poçt Şöbəsi (AZ1313)[10] fəaliyyət göstərir.
Kənddə Aşağı Cürəli kənd tam orta məktəbi fəaliyyət göstərir.[11][12]
Kənddə 1986-cı ildə inşa edilmiş Aşağı Cürəli kənd məscidi yerləşir.[13]
Kənddə Aşağı Cürəli kənd həkim məntəqəsi yerləşir.[14]