. Love.az

Zeherli Bitkiler - Wikipedia - Love.az

Ana Səhifə - Zeherli Bitkiler

Zəhərli bitkilər – tərkibində zəhərləyici maddələr olan bitkilər. Zəhərli bitkilərin tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə (oyadıcı, iflicedici və s.), tənəffüs və həzm orqanlarına, ürək-damar sisteminə, qaraciyər, böyrəklərə və s. təsir edir. Zəhərli bitkilərin faydalı xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng, bat-bat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən, tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır.[1]

Hippomane mancinella-Hocquart 1821

Mündəricat

  • 1 Respublikamızda yayılan zəhərli bitkilər
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Respublikamızda yayılan zəhərli bitkilər

redaktə

Azərbaycan Respublikasında Zəhərli bitkilərdən öldürgən, acılıq, qatırquyruğu, rapontikum, çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi, bat-bat, dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən, xaşxaş, üzərlik, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl, dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov, şümşad və s. daha geniş yayılmışdır.

İstinadlar

redaktə
  1. ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

Xarici keçidlər

redaktə
  • Zəhərli bitkilər bağı

Həmçinin bax

redaktə
  • Naxçıvanın zəhərli bitkiləri 
  • Zəhərli fizostiqma
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zəhərli_bitkilər&oldid=7884619"
LOVE.AZ