. Love.az

Zeynal Bey Vezirov - Wikipedia - Love.az

Ana Səhifə - Zeynal Bey Vezirov

Zeynal bəy Vəzirov (1854, Şuşa – 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, titulyar müşavir.

Zeynal bəy Vəzirov
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü
15 dekabr 1918 – 27 aprel 1920
Fraksiyaİttihad fraksiyası
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 1854
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1933
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Partiya
  • İttihad Partiyası
Fəaliyyəti şair
Atası Mirzə Həmid bəy Vəzirov
Uşağı
  • Aslan bəy Vəzirov

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Mükafatları
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbini bitirmişdir. Yelizavetpol Şəhər Qəza Məhkəməsində çalışmışdır. Daha sonra isə Qars hətbi qubernatorunun dəftərxanasında kargüzar vəzifəsində çalışmışdır. Sonra isə Gəncəyə qayıtmış və burada dilmanc işləmişdir. Sonra isə Şuşa şəhərinə dönərək şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdır.

Zeynal bəyin fəaliyyəti nəzərə alınaraq Cəbrayıl qəzasında mülki posrednik vəzifəsinə göndərilmiş, bir müddət burada çalışdıqdan sonra isə Nuxa və Şuşa qəzalarında eyni vəzifəyə təyinat almışdır. Zeynalabdin bəy 1897-ci ildə sağlamlığı ilə bağlı istefaya çıxmışdır.

Zeynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat edib.

Ailəsi

redaktə

Zeynalabdin bəy Həşim bəy Vəzirovun qızı Dürnisə xanımla evlənmiş idi. Allahyar bəy, Aslan bəy Vəzirov , Həmid bəy adlı oğulları, Rəna xanım və Leyla xanım adlı qızları vardı.

Mükafatları

redaktə

Zeynal bəy 1880-ci ildə kollec qeydiyyatçısı, 1886-cı ildə quberniya katibi, 1890-cı ildə kollec katibi, 1896-cı ildə titulyar müşavir və 1897-ci ildə kollec assesoru mülki çinlərini almışdı.

Zeynal bəy həmçinin "III Aleksandr" gümüş medalı ilə təltif olunmuşdu.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Hacılılar, Bakı, "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.

Həmçinin bax

redaktə
  • Vəzirovlar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zeynal_bəy_Vəzirov&oldid=7673615"
LOVE.AZ