. Love.az

Ziyadxanovlar Mulku - Wikipedia - Love.az

Ana Səhifə - Ziyadxanovlar Mulku
Bu adın digər istifadə formaları üçün bax: Gəncə Tarix Diyarşünaslıq Muzeyi.

Ziyadxanovlar mülkü — Azərbaycanın Gəncə şəhərində yerləşir. Azərbaycanın tanınmış soylarından biri olan Ziyadxanovlar ailəsinə mənsub olmuşdur.

Ziyadxanovlar mülkü
Xəritə
40°40′48″ şm. e. 46°21′26″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Atatürk prospekti 244
Aidiyyatı Ziyadxanovlar
Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Üslubu yeni rus memarlığı[d]
Məhəmməd məscidi (Gəncə)
Nöqtə
Məhəmməd məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
  • 2 Mülkün sahibləri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Haqqında

redaktə

Ziyadxanovların mülkü Gəncədə, Atatürk prospekti 244-də yerləşir. Bina XIX əsrdə tikilib. Tarixi mülkün memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdır. Hal-hazırda burada Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq muzeyi yerləşir.[1]

Azərbaycanda bolşeviklər tərəfindən işğal edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə Ziyadxanovların mülkü və torpaqları müsadirə edilib. Sovet dövründə Ziyadxanovların mülkündə bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən isə bina Gəncə Tarix-Diyarşünaslıq muzeyinin istifadəsinə verilib. Tikili klassik şərq üslubunda inşa edilib və iki mərtəbədən ibarətdir. Bina düzbucaqlı formaya malikdir və Gəncəyə xas olan qırmızı kərpicdən tikilib.[1]

Mülkün sahibləri

redaktə

Bu bina Cavad xanın nəticələri olan İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. Onlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi.

  • Adil xan Ziyadxanov - AXC Xarici İşlər Nazirliyində I müavin və AXC-nin İrandakı səfiri kimi vəzifələrdə çalışmışdır. [2]
  • İsmayıl xan Ziyadxanov - Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat.[3]
  • Şahverdi xan Ziyadxanov - Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti.[4]

Həmçinin bax

redaktə
  • Ziyadxanovlar

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Cavad xanın nəticələrinin yadigarı: Ziyadxanovların mülkü". gencexeber.az. 13 mart 2022. İstifadə tarixi: 14 dekabr 2022.
  2. ↑ "The Qajar Dynasty". www.royalark.net. 2022-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06. (#invalid_param_val)
  3. ↑ "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN GƏNCƏ QUBERNİYASINDAN OLAN DÖVLƏT XADİMLƏRİ" (PDF). 2022-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 iyul 2021.
  4. ↑ Rauf Şeyxzamanlı. Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli. Gəncə: Elm nəşriyyatı. 2020. 255.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ziyadxanovlar_mülkü&oldid=7649192"
LOVE.AZ